2024-cü ilin oktyabr ayından etibarən davam edən BilBacar müsabiqəsinin qalibləri müəyyənləşib.
Bu barədə “Tehsil365”ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, “Ən yaxşı nəticə” nominasiyası üzrə qalib gələn Lənkəran şəhəri S. Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin VIII sinif şagirdi Hüseynzadə Rafət Bəhruz oğlu müsabiqədə 3-cü yerə layiq görülüb.
Şagirdin bu uğuru liseyin kollektivi tərəfindən böyük sevinclə qarşılanıb. Ona gələcək təhsil və fəaliyyətində uğurlar arzulanır.