Bərdə şəhər Elgiz Kərimov adına 4 nömrəli və 8 nömrəli tam orta məktəblərin illik fəaliyyətlərinə dair hesabatları dinlənilib. Təhsil müəssisələrinin hesabat iclasında İdarə müdiri iştirak edərək məktəb rəhbərlərinin təqdimatlarını qiymətləndirib.
"Tehsil365" xəbər verir ki, iclasda ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri, IV və VI siniflərin monitorinq göstəriciləri təqdim olunub, əldə olunan nəticələr əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib.
Məktəblərin pedaqoji heyəti ilə birgə qarşıdakı tədris ili üçün müəyyənləşdirilən hədəflər müzakirə edilib. Şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin məktəbdaxili nizam-intizam qaydaları əsas mövzular sırasında olub.
İdarə müdiri təlim nəticələrinin yüksəldilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıqlar verib.