Təhsil 365 - Logo Mobile

Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO

5311.06.2025 - 15:50
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “İqtisadi artım və rəqabətqabiliyyətlilik üçün əqli mülkiyyət aktivlərindən istifadə etmək məqsədilə Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik biznesin dəstəklənməsi” layihəsi başa çatıb.

Bu barədə “Tehsil365”ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb. S.Tapdıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların iqtisadi fəallığın və sərbəst rəqabətin gücləndirilməsinə yönəldiyini xüsusilə vurğulayıb. O, layihənin vacibliyinə toxunaraq qeyd edib ki, bu işin reallaşdırılması ideyası 2023-cü ilin iyun ayında ÜƏMT-nin baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı aparılan müzakirələr nəticəsində formalaşıb. S.Tapdıqov qeyd edib ki, mikro və kiçik biznes subyektləri belə layihə imkanlarından yararlanaraq, bazarda rəqabət qabiliyyətliliyini artırır və dayanıqlı mövqe qazanırlar.

KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin və geniş imkanların yaradıldığını vurğulayıb. Əqli mülkiyyət hüquqlarının qorunmasının biznesin inkişafında mühüm rol oynadığını qeyd edən E. Hüseynli bu hüquqların sahibkarlara öz innovativ məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətini artırmağa imkan verdiyini vurğulayıb.

ÜƏMT-nin Əqli Mülkiyyətin İnkişafı Bölməsinin rəhbəri, əqli mülkiyyətin inkişafı üzrə layihə meneceri Lorena Bolanos Pacheco layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkürünü bildirib. O, əqli mülkiyyətin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi inkişafın təşviqindəki rolunu vurğulayıb.

Bağlanış sessiyasında çıxış edən ÜƏMT-nın Mərkəzi Avropa və Baltikyanı ölkələr və Aralıq dənizi ölkələri üzrə bölməsinin əməkdaşı Mihaela Cerbari Simmons həyata keçirilən layihənin məqsədi haqqında məlumat verib.

Türkiyəli beynəlxalq ekspert Arife Yılmaz Topal əqli mülkiyyətin aqroərzaq biznesində aktuallığı, aqroərzaq sənayesi üçün coğrafi göstəricilər və onların əhəmiyyəti, aqroərzaq sahəsində əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyalarından danışıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanovanın “Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik sahibkarlıq subyektlərinə iqtisadi artım və rəqabət qabiliyyətlilik üzrə dəstək” mövzusunda təqdimatı olub.

Görüşdə benefisiarlara əmtəə nişanları və bir coğrafi göstəricinin qeydiyyatı haqqında şəhadətnamələr və bir sənaye nümunəsi üzrə patent təqdim edilib.

Tədbirin sonunda əqli mülkiyyətin innovativ sahibkarlığın təşviqindəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Elmina Muxtarlı

Xəbər Lenti

2 İyul - Azərbaycanda polis günüdür01.07.2025 - 20:01
Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi01.07.2025 - 19:50
50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur01.07.2025 - 15:45
Naxçıvan Dövlət Universitetində qabiliyyət tələb edən magistratura ixtisaslarına qeydiyyat başlayıb01.07.2025 - 15:30
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30
“Munisnamə”nin təsəvvüf mənbəyi kimi əhəmiyyəti araşdırılıb – Yeni elmi nəşr çapdan çıxıb01.07.2025 - 13:20
Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10