“Tehsil365” İnformasiya Agentliyinin təşkilatçılığı və "Gözüm ol mənim" kitab klubunun təşəbbüsü ilə görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeni sosial layihəyə start verilib. Layihə çərçivəsində könüllülərin iştirakı ilə müxtəlif kitabların audio versiyaları hazırlanacaq.
"Kitab Səsləndir – Könüllü Ol!" adlanan bu proqramın əsas məqsədi cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan üzvlərinə də ədəbiyyata çıxış imkanı yaratmaq və könüllülük mədəniyyətini təşviq etməkdir.
Layihə çərçivəsində könüllülər:
Müxtəlif kitabları səsləndirəcək,
Mətnləri səlis və diqqətli şəkildə oxuyacaq,
Sosial cəhətdən faydalı və mənalı bir işin parçası olacaqlar.
Proqrama 16 yaşdan yuxarı, düzgün və aydın danışıq qabiliyyətinə malik, kitab oxumağı sevən hər kəs müraciət edə bilər.
Qeydiyyat və müraciət üçün son tarix: 31 avqust 2025-dir.
Əlaqə üçün: Zakəriyya Qurbanov
📧 Email: [email protected]
📞 Telefon: 0505882387
Layihədə iştirak edən könüllülərə sonda Təhsil365 və "Gözüm ol mənim" kitab klubu tərəfindən ikili sertifikat təqdim olunacaq.
"Səsin gözlər olsun – sən də könüllü ol!" şüarı ilə həyata keçirilən bu layihə gənclər arasında sosial məsuliyyət və humanist dəyərlərin təşviqinə xidmət edir.