Təhsil 365 - Logo Mobile

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

6912.06.2025 - 10:20
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi (üçüncü və dördüncü fəsillər üzrə) çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələrini təqdim edib. Tədqiqatçı “Windows” və “Android” əməliyyat sistemləri mühitində zərərli proqramların və zərərli proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodlarının işlənildiyini, təsvirlər əsasında zərərli proqramların aşkarlanması üçün transfer öyrənməyönümlü klassifikasiya modelinin işləndiyini, təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modelinin işlənildiyini və artırılmış verilənlər üzərində maşın öyrənmə modellərinin yoxlanıldığını diqqətə çatdırıb.

E.Bağırov dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramlar və onların təbiəti, aşkarlanmaqdan yayınma üsullarının tədqiqi istiqamətində təhlil aparılıb, boşluqlar aşkar edilib, zərərli proqramların aşkarlanması ilə bağlı “Scopus” və “Web of Science” elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları araşdırılıb, aparılmış tədqiqatların illər üzrə trendi şərh edilib, bir sıra çatışmazlıqlar müəyyən edilib. Həmçinin dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üçmərhələli ümumi arxitektura təklif edilib, modelin qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün yanaşma işlənilib. Təklif edilmiş arxitekturada aşkarlama modelinin real mühitdə tətbiqi zamanı izaholunma qabiliyyətinin yoxlanılması və monitorinqi nəzərə alınıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqat işinin aktual elmi problemlərə həsr olunduğunu, əsaslı tədqiqatların aparıldığını qeyd edib. Akademik R.Əliquliyev səsləndirilən təkliflər nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə keçirilməsini tövsiyə edib.

Elmina Muxtarlı

Xəbər Lenti

Xüsusi qabiliyyət imtahanlarına start verilir14.06.2025 - 07:30
Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər14.06.2025 - 07:20
134 600 şagird birinci sinfi bitirir14.06.2025 - 07:10
İran tərəfi olanları “müharibə elanı” adlandırdı14.06.2025 - 07:00
Marsda “gizlənmiş” vulkan aşkar edilib14.06.2025 - 06:50
“Google” tropik fırtınaların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini və saytını yaradıb14.06.2025 - 06:40
“Fitch” Azərbaycanın investisiya reytinqini yüksəldib14.06.2025 - 06:30
Alimlərdən xərçənglə mübarizədə yeni addım14.06.2025 - 06:20
Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur14.06.2025 - 06:10
Gəncədə şəhid ailələrinin məzun övladları ilə görüş keçirilib13.06.2025 - 17:30
Eşqi Bağırov vətəndaşları qəbul edib13.06.2025 - 17:20
Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib13.06.2025 - 17:10
İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu13.06.2025 - 17:00
Qarabağ Universiteti nümayəndələri Mərkəzi Aran bölgəsində abituriyentlərlə görüşüb13.06.2025 - 16:50
Səhnə balaca fidanlarındır13.06.2025 - 16:40
Gəncədə şəhid ailələrinin məzun övladları ilə görüş keçirilib13.06.2025 - 16:30
Bakıda 113 min şagird məzun olur13.06.2025 - 16:30
Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib13.06.2025 - 16:20
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək13.06.2025 - 16:10
Xüsusi qabiliyyət imtahanlarına start verilir13.06.2025 - 16:00
Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib13.06.2025 - 15:50
Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb13.06.2025 - 15:40
Mərkəzi Elmi Kitabxanada Milli Qurtuluş Gününə həsr edilən sərgi təşkil olunub13.06.2025 - 15:30
Arxeologiya və Antropologiya İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib13.06.2025 - 15:20
Hökumətlərarası təqaüd proqramı çərçivəsində Macarıstanda 130 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq13.06.2025 - 15:10
ADU-da Çin universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb13.06.2025 - 15:00
Ədəbiyyat Muzeyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - FOTO13.06.2025 - 14:50
BDU-da Milli Qurtuluş Günü qeyd olunub - FOTO13.06.2025 - 14:40
Murrill göbələk kulturalarından əldə edilən ikincili metabolitlərin katalizator kimi istifadə imkanları öyrənilib13.06.2025 - 14:30
15 İyun – qurtuluş rəmzidir 13.06.2025 - 14:20
Şəmkirdə biri yeniyetmə olmaqla iki nəfər bıçaqlanıb13.06.2025 - 14:10
Milli Qəhrəmanın oğlu məzun oldu - FOTO13.06.2025 - 14:00
Bu regionun 36 məktəbinə direktor TƏYİN OLUNUB - FOTO13.06.2025 - 13:50
DİM-dən növbəti təlim13.06.2025 - 13:40
ABŞ-də tələbə vizalarının bərpası üçün kampaniya başladılıb13.06.2025 - 13:30
Kubada tələbələr dərs boykotları edir13.06.2025 - 13:20
Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb - FOTO13.06.2025 - 13:10
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub13.06.2025 - 12:56
Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib13.06.2025 - 12:45
ATU-da İşçi qrupun növbəti iclası keçirilib - FOTO13.06.2025 - 12:32
51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb13.06.2025 - 12:21
Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur13.06.2025 - 12:11
18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb13.06.2025 - 12:00
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır13.06.2025 - 11:50
Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb - FOTO13.06.2025 - 11:40
ARTİ-də təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO13.06.2025 - 11:30
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatır13.06.2025 - 11:20
AzMİU-da tələbələr insan hüquqları barədə maarifləndiriliblər - FOTO 13.06.2025 - 11:10