Bir universitetdə müasir kitabxana olmasa, orada tələbə inkişafından söz gedə bilməz”.
“Təhsil365 ” "Report"a xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri EInur Nəsibov Azərbaycan Texniki Universitetinin Kitabxana İnformasiya Mərkəzinin açılışında deyib.
Onun sözlərinə görə, kitabxana təkcə fiziki məkandan ibarət deyil:
"Müasir kitabxanamız 7/24 işləyən mexanizmlə fəaliyyət göstərəcək. Onu da vurğulamaq istəyirəm ki, müasir metodlarla işləyən kitabxananın açılışı o demək deyil ki, kitabxanaçılarımızın işinə xitam veriləcək. Hazırda bu sahədə savadlı kadr tapmaq heç də asan deyil".