Təhsil 365 - Logo Mobile

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

6112.06.2025 - 13:50
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

İyunun 12-dən 95 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 481 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365 “-ə bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 13-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 92-si beşinci təsnifatına, 91-i altıncı təsnifatına və 285-i yeddinci təsnifatına aiddir. Ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti (22 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 212-si 46 yerli icra hakimiyyəti orqanı tərəfindən, 22-si 8 məhkəmə hakimiyyəti orqanı tərəfindən,141-i Naxçıvan Muxtar Respublikasının 22 dövlət orqanı tərəfindən təqdim edilib.

Ümumi müsahibədə aşağıda qeyd olunan kateqoriyaya aid şəxslər iştirak etmək hüququna malikdirlər:

- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 1-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat DİM-in internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Nərminə Eyyubova

Xəbər Lenti

Salvador Dalinin sürrealizm əsərlərində şüuraltının təcəssümü15.09.2025 - 19:55
Kiçik plastik sənət – masaüstü, dekorativ heykəllər15.09.2025 - 19:45
Osman Hamdi bəyin məşhur əsəri - “Tısbağaların Tərbiyəçisi”15.09.2025 - 19:31
Şamaxı Avropa Liseyində "Bilik Günü" tədbiri keçirilib15.09.2025 - 19:20
Bakı Slavyan Universitetində “Bilik günü” tədbiri keçirilib15.09.2025 - 19:10
Tahir Salahov və “Sərt üslub” məktəbinin Azərbaycan təsviri sənətində yeri15.09.2025 - 19:04
Bilik günü Nəsimi rayonunun məktəblərində qeyd olundu15.09.2025 - 18:56
Azərbaycan Həmkarlar İttifaqları idman zalının açılışı15.09.2025 - 18:51
"Xankəndidə yaxın günlərdə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur"15.09.2025 - 18:47
Xırdalan şəhər 10 nömrəli məktəbdə Bilik Günü qeyd olunub15.09.2025 - 18:39
Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək15.09.2025 - 18:38
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Romada konsert proqramı təşkil olunacaq15.09.2025 - 18:30
Beynəlxalq yarışda cüdoçularımız uğurla iştirak ediblər15.09.2025 - 18:25
“Bakcell” gənclərə süni intellekt və innovasiya ilə bağlı tədbir keçirdi15.09.2025 - 18:15
Qəbələ şəhərində səyyar “Sağlam həyat” layihəsi keçirilib15.09.2025 - 18:11
Ən məşhur ədəbiyyat nümunələrindən biri "Gilqameş dastanı"dır15.09.2025 - 18:00
Azərbaycan təmsilçiləri karate üzrə Avropa çempionatı və birinciliyində uğur qazanıblar15.09.2025 - 17:58
Telepatiya və qeyri-adi insan bacarıqları15.09.2025 - 17:53
Dünyada hər gün 2.5 kvintilyon bayt məlumat yaradılır 15.09.2025 - 17:45
Müəllimləri yoran iş imtahan vermək yox, imtahan götürməkdir15.09.2025 - 17:44
Şəkərli diabet və müasir profilaktik üsullar15.09.2025 - 17:42
Hərbi təhsil müəssisələrində “Bilik günü” və andiçmə mərasimləri keçirilib15.09.2025 - 17:41
Səttar Bəhlulzadənin əsərlərində Azərbaycan təbiətinin bədii təsviri15.09.2025 - 17:31
Muğamın mədəniyyətimizdəki rolu15.09.2025 - 17:30
Hipertoniya və həyat tərzi dəyişiklikləri15.09.2025 - 17:21
Maraqlı fakt: dəniz ulduzlarının beyni yoxdur 15.09.2025 - 17:15
Virtual muzeylər mədəni irsin qorunmasında önəmli rol oynayır15.09.2025 - 17:15
Rembrandtın işıq və kölgə oyununda ustalığı15.09.2025 - 17:14
Dünyada təyyarə gəmisini batıran yeganə əsgər – Topçu Mustafa Ertuğrul15.09.2025 - 17:04
Bal arıları insan sifətlərini yadda saxlaya bilir 15.09.2025 - 17:00
GOC məktəbli təqaüd proqramının qalibləri açıqlandı15.09.2025 - 16:55
İnsan ruhunun kamilliyi və sevgi Cavidin "Şeyx Sənan"ında15.09.2025 - 16:47
Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib15.09.2025 - 16:45
Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilib15.09.2025 - 16:40
Lənkəranda şəhidlərin xatirəsinə futbol turniri keçirilib15.09.2025 - 16:33
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı15.09.2025 - 16:30
Qəbələ Dövlət peşə təhsil mərkəzində yeni tədris ili açılıb15.09.2025 - 16:30
Hüseyn Cavidin “Peyğəmbər” əsəri – bəşəri ideyaların poetik ifadəsi15.09.2025 - 16:26
Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub15.09.2025 - 16:25
İş yerini dəyişən müəllimlərin NƏZƏRİNƏ15.09.2025 - 16:15
Astara və Lerikdə yeni məktəb binaları istifadəyə verilib15.09.2025 - 16:15
"Hekayəti-xırs quldurbasan” – Axundzadənin satirasında mövhumat və gerilik15.09.2025 - 16:05
Abşeronda yeni məktəb binası istifadəyə verilib15.09.2025 - 16:00
Hansı ölkədə magistratura təhsili zəruridir? - ARAŞDIRMA15.09.2025 - 16:00
Hacıqabulda karate üzrə şəhər birinciliyi keçirilib15.09.2025 - 15:55
Azərbaycanın 10 milyonuncu sakini məktəb həyatına başlayıb15.09.2025 - 15:45
“Danabaş kəndinin əhvalatları” – kənd həyatının gülüş doğuran acı həqiqətləri15.09.2025 - 15:45
Naxçıvan Dövlət Universiteti 58 illik inkişaf yolunu uğurla davam etdirir15.09.2025 - 15:30