Təhsil 365 - Logo Mobile

Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

7414.06.2025 - 07:20
Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

Paleontoloqlar “Tyrannosaurus rex” növü ilə qohum olan yeni dinozavr növü kəşf ediblər.

“Tehsil365” ABC telekanalına istinadla xəbər verir ki, mütəxəssislər Monqolustanın Qobi səhrasında 1970-ci illərdə tapılmış iki dinozavr skeleti üzərində yenidən analiz aparıblar. Kalqari Universitetinin Təbiət Elmləri fakültəsinin dosenti Darla Zelenitskinin sözlərinə görə, bu qalıqlar əvvəllər ət yeyən “elektrozavr” adlı dinozavr növünə aid hesab olunurdu.

Sümüklər üzərində aparılmış ətraflı tədqiqat nəticəsində alimlər müəyyən ediblər ki, söhbət tamamilə yeni bir cins və növdən, yəni “Khankhuuluu mongoliensis” adlı dinozavrdan gedir. Bu, iri ayı ölçüsündə olan orta boylu bir yırtıcıdır. Onun kəllə sümüyünün uzunluğu 70 sm, bud sümüyünün uzunluğu isə 67 sm təşkil edir. Araşdırmalar göstərib ki, bu növ tirannozavroidlərə, yəni “Tyrannosaurus rex”in də daxil olduğu ailəyə aiddir. Hətta onların ən mühüm nümayəndələrindən biri sayılır.

Tanınmış tiranozavr reks təqribən 66 milyon il əvvəl baş vermiş kütləvi nəsli kəsilməyə qədər 2 milyon il ərzində Yer kürəsinin dominant yırtıcısı olub. Lakin alimləri uzun müddətdir bir sual düşündürürdü: bu nəhəng yırtıcılar necə tədricən daha kiçik əcdadlardan təkamül edib? Elmi cəhətdən bu prosesi izah edəcək orta ölçülü “boşluq” çatışmırdı. “Khankhuuluu mongoliensis” məhz bu boşluğu doldurur və tirannozavrların təkamül ağacına mühüm əlavələr edir.

Yeni növ dinozavr həm iri tirannozavroidlərlə, həm də onların daha kiçik əcdadları ilə ümumi cəhətlərə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu dinozavrlar təxminən 90 milyon il əvvəl digər qruplardan ayrılıb. Onlar bu növü “orta ölçülü ideal keçid forması” kimi xarakterizə edirlər. Gənc tirannozavrlara bənzər cizgiləri var: nisbətən incə bədən quruluşu və daha uzun ön ətraflar. Bu xüsusiyyətlər ona bir qədər yöndəmsiz görkəm verir.

Morfoloji xüsusiyyətlərə və qalıqların coğrafi yayılmasına əsaslanan alimlər belə nəticəyə gəliblər ki, “Khankhuuluu mongoliensis” kimi orta ölçülü dinozavrlar əvvəlcə Asiyada yaranıb və buradan Şimali Amerikaya yayılıblar. Orada onlar tədricən tiranozavr reks kimi iri yırtıcılara çevrilib, daha sonra isə yenidən Asiyaya qayıdaraq yeni təkamül qolları formalaşdırıblar.

“Bu növ daha kiçik tirannozavrlardan tiranozavr reks kimi nəhəng yırtıcılara keçidi izah edən həmin “boşluqdur””, – deyə Darla Zelenitski bildirib. Yeni tapıntı tirannozavrların təkamülünü daha dərindən anlamağa imkan verir və onların mənşəyi ilə bağlı suallara cavab gətirir.

Ramidə Əliyeva

Xəbər Lenti

İsrailin müdafiə naziri: Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər16.06.2025 - 09:00
Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir 16.06.2025 - 08:50
Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək16.06.2025 - 08:40
Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur16.06.2025 - 08:30
Əmtəə bazarlarında qızıl ucuzlaşıb16.06.2025 - 08:20
Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil16.06.2025 - 08:10
KİV: İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib16.06.2025 - 08:00
20 qat dünya çempionu faciəvi şəkildə vəfat edib16.06.2025 - 07:50
Pezeşkian: İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib16.06.2025 - 07:40
Azərbaycana İsraildən turist axını mayda 98 % artıb16.06.2025 - 07:30
İranda 230 ölü arasında uşaqlar da var16.06.2025 - 07:20
Qarabağ regionunda şagirdlər ən çox bu universitetləri SEÇİR16.06.2025 - 07:10
İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib16.06.2025 - 07:00
Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA16.06.2025 - 06:50
Peruda zəlzələ baş verib, ölən var16.06.2025 - 06:40
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub -FOTO16.06.2025 - 06:30
Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb16.06.2025 - 06:20
Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub -FOTO16.06.2025 - 06:10
Leysan, dolu, sulu qar... - Günün havası16.06.2025 - 06:00
Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək15.06.2025 - 11:50
Bakı Slavyan Universitetində Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib - FOTO 15.06.2025 - 11:35
Lənkəranlı Məktəbli Ruslan Əlizadə U-17 Avropa Çempionu oldu15.06.2025 - 11:20
Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək15.06.2025 - 11:10
Qarabağ Universiteti Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib15.06.2025 - 11:00
Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq15.06.2025 - 10:50
DTX Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşdı - Video15.06.2025 - 10:40
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ15.06.2025 - 10:30
BSU-da universitetin yenidən təşkilinə həsr olunan Elmi Şura iclası keçirilib15.06.2025 - 10:20
Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır15.06.2025 - 10:10
Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub15.06.2025 - 10:00
Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib15.06.2025 - 09:50
Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib15.06.2025 - 09:40
Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir15.06.2025 - 09:30
Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür15.06.2025 - 09:20
Təbiət və gözəllik şairi15.06.2025 - 09:10
Emin Əmrullayevin Milli Qurtuluş günü ilə bağlı TƏBRİKİ15.06.2025 - 09:00
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib15.06.2025 - 08:40
Türkiyənin Aksaray şəhərində iki hava şarı qəzası olub, 1 nəfər ölüb, 19 yaralı var15.06.2025 - 08:30
Türkiyə XİN Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib15.06.2025 - 08:20
Skuterlə aktrisanı vuran şəxs saxlanıldı15.06.2025 - 08:10
ABŞ-də keçirilən mitinqdə atışma baş verib15.06.2025 - 07:55
Zaqatalada qəzada yaralanan sürücü xəstəxanada ölüb15.06.2025 - 07:40
Prezidentin Mətbuat Xidmətinin məlumatı15.06.2025 - 07:30
İyunun 15-i Ümumdünya Külək Günüdür15.06.2025 - 07:20
Hindistanda helikopter qəzaya uğrayıb15.06.2025 - 07:10
Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir15.06.2025 - 06:55
İran hava məkanının bağlı qalma müddəti uzadılıb15.06.2025 - 06:55
Azərbaycanda Milli Qurtuluş Günüdür15.06.2025 - 06:42