Təhsil 365 - Logo Mobile

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

9815.06.2025 - 09:20
Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Bu gün korifey sənətkarlar pleyadasının axırıncı mogikanlarından biri, görkəmli teatr və kino aktyoru, 54 il müddətində milli teatr və kino sənətinin aparıcı simalarından olmuş Amaliya Pənahovanın anadan olmasından 80 il ötür.

Tehsil365 “bu münasibətlə Xalq artistinin həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Yaşasaydı bu gün 80 yaşını qeyd edəcəkdi sevimli sənətkarımız Xalq artisti Amaliya Pənahova. 1964-cü ildə 19 yaşlı Amaliya Pənahova səhnə stereotiplərini qıraraq, dramaturq İlyas Əfəndiyevin "Mənim günahım" pyesindəki Nurcahan personajı ilə səhnəyə çıxdı. Azərbaycan tamaşaçısı gənc azərbaycanlı xanımı səhnədə olduğu kimi gördü. Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, qadının daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçı üçün daha da aydın etdi. Halbuki psixoloji məqamların açılması daha çox kino sənətinə uyğun prinsip olsa da, Amaliya xanım istedadı sayəsində bunu birbaşa teatr səhnəsindən etməyə müvəffəq oldu.

Onun səhnədə yaratdığı “Sən həmişə mənimləsən”də Nargilə, “Pəri Cadu”da Pəri, “Oqtay Eloğlu”da Firəngiz, “Vaqif”də Xumar, “Nişanlı qız”da, Şəlalə və Zərifə, “Təhminə və Zaur”da Təhminə, “Xurşidbanu Natəvan”da Natəvan, “Mənim günahım”da Ayqız, “Unuda bilmirəm”də Nərmin, “Mahnı dağlarda qaldı”da Şahnaz, “Bizim qəribə taleyimiz”də Nərmin, “Qəribə oğlan”da Kəmalə, “Şeyx Xiyabani”də xanım Mahnur, “Büllur sarayda” Aynur, “Tənha iydə ağacı”nda Sürəyya, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hamlet”də Birinci cadugər, “Məkr və məhəbbət”də Luiza, “Cehizsiz qız”da Larisa, “Nazirin xanım”da Anka, “Medeya”da Medeya, “Adsız ulduz”da Naməlum qadın, “Meşşanlar”daTatyana, “Qanlı Nigar”da Nigar və digər rollar, televiziya və bədii filmlərində yaratdığı saysız-hesabsız, rəngarəng obrazlar hər zaman yada düşür. M.Əlizadənin “Mən gözəl deyiləm”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, M.Bayciyevin “Duel”, N.Hikmətin “Bayramın son gecəsi”, J.Koktonun “İnsanın səsi”, L. Zorinin “Varşava təranələri”, R.Qasımovanın “Ömrün yollarında”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, İ.Əfəndiyevin “Beş manatlıq lüstr”, M.İbrahimovun “Mədinənin ürəyi” və başqa teletamaşalarında rəngarəng, baxımlı və yaddaqalan obrazlar qalerayasa hər zaman göz qarşısında canlanır.

Amaliya Pənahova yaradıcılığının böyük bir hissəsi kino sənəti ilə bağlıdır. Amaliya xanımın kinoya gəlişi onun üçün heç də çətin olmadı. Çünki aktrisa səhnədə ikən belə söz və plastikanın misilsiz vəhdətini yaratmağa nail olmuşdu. "Əhməd haradadır?" filmində Məsmə epizodik rolu ilə diqqətə çəkən Amaliya Pənahova, "Cazibə qüvvəsi", "Sən niyə susursan?", "Həyat bizi sınayır", "Xatirələr sahili", "Səmt küləyi", "Mezozoy əhvalatı", "Qəribə adam", "Mən mahnı qoşuram", "Gözlə məni" ("Mahnı dağlarda qaldı") bədii filmlərində rəngarəng personajlar yaradır.

Amaliya xanımın kino yaradıcılığında "Babək" epik filmində yaratdığı Zərnisə obrazı xüsusilə diqqətçəkəndir. Aktrisa Zərnisəni təkcə güclü, məğrur, eyni zamanda, bic lider qadın olaraq təqdim etmir, ssenaridən gələn məziyyətlərə uyğun olaraq, qayğıkeş ana kimi göstərməyə çalışır. Ümumiyyətlə, Amaliya Pənahova kino personajlarına bir xətli yanaşmayıb, hər dəfə personajların alt qatlarında gizlənən "mən"ləri taparaq üzrə çıxarmağa çalışıb. Amaliya xanım kino üçün xarakterik olan iri planlar aktrisası idi, o, istənilən dramatik məqamı gözləri və sifət ifadələri ilə aydın şəkildə çatdıra bilirdi. Onun, tamaşaçıların sevə-sevə baxdıqları "Arxadan vurulan zərbə" detektivində yaratdığı Ziba obrazını da - burada artıq personaj yox, obraz sözünü işlədirik - xüsusi qeyd etmək lazımdır. Zibanın "Ə bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?" xitabı ilə Amaliya Pənahova çarəsiz vəziyyətdə qalsa da, çıxış yolu tapmağa çalışan qadının narahatlığını ustalıqla ifadə edə bilmişdi. Bu ifadə film ekranlara çıxandan sonra dillər əzbəri olmuşdu. Bu isə birabaşa Amaliya Pənahova peşəkarlığının uğurundan xəbər verirdi. 2007-ci ildə Amaliya Pənahovanın çəkildiyi "Nəfəs" qısametrajlı bədii filmindəki Ağabəyim personajı aktrisanın gənclərə hər zaman dəstək olmasından xəbər verirdi. Filmdə gəldikdə isə, digər kino personajlarından fərqli olaraq, bu filmdə Amaliya xanım oyun texnikasını müəllif kinosunun tələblərinə uyğunlaşdıra bilmişdi.

Amaliya Pənahova 1974-cü ildə Azərbaycanın Əməkdar artisti, 1985-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü, 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdi.

Amaliya Pənahovanın sənət ulduzu çox erkən -19 yaşında parladı və ömrünün sonuna qədər sönmədi. Özündən sonra seçib, teatra dəvət etdiyi istedadlı aktyorlardan ibarət Bakı Bələdiyyə Teatrı adlı sənət ocağını bizə yadigar qoyub getdi....

Nərminə Eyyubova

Xəbər Lenti

Tələbələr süni intellektlə saxtakarlıq etdi16.06.2025 - 13:55
KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb16.06.2025 - 13:45
İran-İsrail qarşıdurmasında dördüncü gün16.06.2025 - 13:35
Ərdoğan kabineti toplayıb, İran-İsrail müharibəsi müzakirə olunur16.06.2025 - 13:25
“OPEC+” ölkələri ötən ay gündəlik plandan 52 min barel az neft hasil edib16.06.2025 - 13:15
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb16.06.2025 - 13:15
AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb16.06.2025 - 13:05
Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb-FOTO16.06.2025 - 12:55
Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib-FOTO16.06.2025 - 12:45
Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi keçirilib - FOTO 16.06.2025 - 12:35
SOCAR “SportFest” tədbirində tərəfdaş qismində iştirak edir - FOTO 16.06.2025 - 12:20
Məktəb direktoru vəfat etdi16.06.2025 - 12:05
Ucar şəhər 2 nömrəli tam orta məktəbin məzunu 673 bal topladı16.06.2025 - 11:50
Təhsil sistemi bilgi verir, amma şəxsiyyət formalaşdırmır – Kamran Əsədov narahatlıq doğuran məqamlara toxundu16.06.2025 - 11:40
Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib16.06.2025 - 11:30
Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib - FOTO 16.06.2025 - 11:20
Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri16.06.2025 - 11:10
ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub - FOTO 16.06.2025 - 10:55
Gələn il dərslər sentyabrın 8-də başlayacaq16.06.2025 - 10:45
Leysan, dolu, sulu qar... - Sabahın havası16.06.2025 - 10:33
Bakıda daha bir uşaq faciəvi şəkildə ölüb16.06.2025 - 10:23
Xəzər dənizində zəlzələ olub16.06.2025 - 10:13
İsrailin müdafiə naziri: Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər16.06.2025 - 09:00
Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir 16.06.2025 - 08:50
Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək16.06.2025 - 08:40
Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur16.06.2025 - 08:30
Əmtəə bazarlarında qızıl ucuzlaşıb16.06.2025 - 08:20
Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil16.06.2025 - 08:10
KİV: İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib16.06.2025 - 08:00
20 qat dünya çempionu faciəvi şəkildə vəfat edib16.06.2025 - 07:50
Pezeşkian: İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib16.06.2025 - 07:40
Azərbaycana İsraildən turist axını mayda 98 % artıb16.06.2025 - 07:30
İranda 230 ölü arasında uşaqlar da var16.06.2025 - 07:20
Qarabağ regionunda şagirdlər ən çox bu universitetləri SEÇİR16.06.2025 - 07:10
İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib16.06.2025 - 07:00
Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA16.06.2025 - 06:50
Peruda zəlzələ baş verib, ölən var16.06.2025 - 06:40
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub -FOTO16.06.2025 - 06:30
Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb16.06.2025 - 06:20
Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub -FOTO16.06.2025 - 06:10
Leysan, dolu, sulu qar... - Günün havası16.06.2025 - 06:00
Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək15.06.2025 - 11:50
Bakı Slavyan Universitetində Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib - FOTO 15.06.2025 - 11:35
Lənkəranlı Məktəbli Ruslan Əlizadə U-17 Avropa Çempionu oldu15.06.2025 - 11:20
Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək15.06.2025 - 11:10
Qarabağ Universiteti Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib15.06.2025 - 11:00
Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq15.06.2025 - 10:50
DTX Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşdı - Video15.06.2025 - 10:40