Təhsil 365 - Logo Mobile

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib - FOTO

5517.06.2025 - 13:50
Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib - FOTO

Bu gün Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Türkiyə Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuz, eləcə də hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxışı zamanı son üç il ərzində 100-dən çox peşə təhsili müəlliminin Türkiyədə təşkil olunan təcrübə proqramlarında iştirak etdiyini qeyd edib. O bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması istiqamətində danışıqlar aparılır. Əməkdaşlıq çərçivəsində təhsil proqramları, tələbə və müəllim mübadiləsi, ortaq tədris planları və müasir infrastruktur əsasında peşə təhsil müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıb.

Türkiyə Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuz da çıxışında Azərbaycan və Türkiyə arasında əməkdaşlığın təkcə peşə təhsili ilə məhdudlaşmadığını bildirib. O, müəllim hazırlığı, pedaqoji ünsiyyət və “qardaş məktəb” layihələri çərçivəsində də əməkdaşlığın genişləndiyini vurğulayıb. Qeyd edib ki, ölkə başçıları səviyyəsində formalaşmış dostluq və güclü əməkdaşlıq mühiti sayəsində təhsil sahəsində əlaqələr daha da möhkəmlənir. Hazırda Azərbaycanda Türkiyə modeli əsasında iki pilot peşə liseyinin yaradılması istiqamətində iş aparıldığını, bu məktəblərin Türkiyədən gələn müəllim və idarəçilərlə birlikdə idarə olunacağı nəzərdə tutulduğunu vurğulayıb.

Görüş çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin təşviqi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin 19 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyətinə də toxunulub. Sənəd peşə təhsili müəssisələri, tədris proqramları və müəllim-tələbə mübadiləsi daxil olmaqla bir neçə əsas istiqaməti əhatə edir. Protokol çərçivəsində Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

Sonda nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış maddi-texniki baza, istehsalat təlimi laboratoriyaları və müasir tədris imkanları ilə tanış olub.

Aydan Ələkbərova

Xəbər Lenti

13 yaşlı oğlan kanalda batdı19.06.2025 - 20:20
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb19.06.2025 - 20:10
60 bal toplayan müəllim bu məktəbdə işləyir19.06.2025 - 20:00
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi19.06.2025 - 19:50
Mirzə Cəlil muzeyi 27 yaşında - FOTO19.06.2025 - 19:40
NDU ilə İstanbul Universiteti arasında ikili diplom layihəsi imzalanıb - FOTO19.06.2025 - 19:30
Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş təşkil olunub19.06.2025 - 19:20
Sertifikatlaşdırma imtahanının ikinci günü başa çatdı – Apellyasiya müraciətlərinə start verilir19.06.2025 - 19:10
Dövlət Neft və Sənaye Universiteti QS reytinqində dünyada 851–900-cü mövqedə qərarlaşıb19.06.2025 - 19:00
“Gəncə incəsənəti” mövzusunda respublika konfransı keçiriləcək19.06.2025 - 18:50
Dərsdənkənar fəaliyyətin qiymətləndirilməsi: 30 hesabat, 546 videozəng - FOTO19.06.2025 - 18:40
Qazax-Tovuzda məzunlara attestatlar təqdim olunur - FOTO19.06.2025 - 18:30
Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər19.06.2025 - 18:20
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib19.06.2025 - 18:10
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Ədəbiyyat Muzeyində olub19.06.2025 - 18:00
Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib - FOTO 19.06.2025 - 17:50
Bilgə nekropolunda Atropatenaya aid qəbirlər aşkar edilib19.06.2025 - 17:40
BANM Qlobal Dayanıqlı İnkişaf Konqresində təmsil olunub - FOTO 19.06.2025 - 17:30
Bu məktəbin müəllimi Bakı birincisi oldu19.06.2025 - 17:20
Sertifikasiyanın II günü: Regionlar üzrə iştirak edənlərin SAYI 19.06.2025 - 17:10
Rektor: “Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirdi, cənab Prezident!” - FOTO 19.06.2025 - 17:00
“Baku ID” innovasiya festivalı keçirilir - FOTO 19.06.2025 - 16:50
Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir19.06.2025 - 16:40
LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb19.06.2025 - 16:30
SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb19.06.2025 - 16:20
Şimal-qərb bölgəsində sertifikasiyada iştirak edən müəllimlərin SAYI19.06.2025 - 16:10
ABŞ beynəlxalq tələbələrə qapılarını bağlayır19.06.2025 - 16:00
Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib19.06.2025 - 15:50
Kənd məktəbinin maksimum bal toplayan müəllimi: İmtahan şəffaf keçirildi19.06.2025 - 15:40
“Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub - FOTO 19.06.2025 - 15:30
Rektor MDU-nun əməkdar müəllimləri ilə görüşüb - FOTO 19.06.2025 - 15:20
ADPU ilk dəfə “Times Higher Education” təşkilatının reytinq siyahısında yer alıb19.06.2025 - 15:10
Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib - FOTO 19.06.2025 - 15:00
ATU “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib19.06.2025 - 14:50
Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir19.06.2025 - 14:40
“Sertifikatlaşdırma karyerada irəliləmələri üçün vacibdir” – Mehriban Vəliyeva19.06.2025 - 14:30
Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib19.06.2025 - 14:20
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir19.06.2025 - 14:10
Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb19.06.2025 - 14:00
İnsanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır19.06.2025 - 13:50
Paytaxt üzrə 933 müəllim sertifikatlaşdırma prosesinə dəvət OLUNUB-FOTO 19.06.2025 - 13:40
Pekin Beynəlxalq Kitab Sərgisində Azərbaycan ədəbiyyatına dair panel keçirilib19.06.2025 - 13:30
Sertifikasiya suallarını kimlər hazırlayır? – RƏSMİ CAVAB19.06.2025 - 13:20
LDU dünyanın ən nüfuzlu universitet reytinqində yer aldı19.06.2025 - 13:10
Xankəndi və Şuşa məktəblərinin müəllimləri sertifikasiyadan yüksək bal topladılar - FOTO19.06.2025 - 13:00
Sertifikasiya: Cəbrayıldan yüksək NƏTİCƏ19.06.2025 - 12:50
Ali Məclisin deputatları Naxçıvanda sertifikatlaşdırma prosesini izləyiblər19.06.2025 - 12:40
Lənkəran-Astara bölgəsinin iki müəllimi sertifikatlaşdırmada maksimum bal toplayıb19.06.2025 - 12:30