Təhsil 365 - Logo Mobile

Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib-FOTO

11817.06.2025 - 17:00
Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib-FOTO

Belarusun paytaxtı Minsk şəhərində Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində “Qayıdış, miqrasiya, stabillik: Azərbaycan təcrübəsi” adlı Dəyirmi Masa keçirilib.

Tehsil365 “xəbər verir ki, tədbir Minskin mərkəzində yerləşən Avropa otelində baş tutub. Dəyirmi Masada Belarus ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Belarusdakı diaspor komitəsinin təmsilçiləri, Minsk şəhər Soveti və Belarus Miqrasiya Komitəsinin nümayəndələri, Belarus Dövlət İdman Akademiyasının tələbələri, “KINIK” MMC, “PORA” mərkəzi, “Akademtrans” təşkilatı və 18 saylı gimnaziyanın məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti açaraq layihənin məqsədi, icraçı və donor təşkilatlar barədə iştirakçılara məlumat verib.

Dəyirmi Masa Azərbaycan diasporası tərəfindən hazırlanan və Belarus əsilli gənc qızların təqdimatında “Uzundərə” milli rəqs proqramı ilə başlayıb.

Daha sonra beynəlxalq hüquq sahəsində ekspert Ziya Quliyev çıxış edərək Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların keçmişdə üzləşdiyi çətinliklər, bu prosesin beynəlxalq hüquq kontekstində doğurduğu nəticələr və statistik göstəricilər barədə məlumat verib. O, həmçinin Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədi və onun beynəlxalq hüquq prinsiplərinə uyğunluğu, humanizm və ləyaqətli qayıdış mexanizmləri, Ermənistanın öhdəlikləri barədə geniş təqdimat edib.

“Akademtrans” Tədris Mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli miqrasiya məsələləri və Azərbaycan ilə Belarus arasında əməkdaşlıq mövzusunda çıxış ediblər.

Təqdimatlardan sonra geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Belarus Azərbaycan İcması Konqresinin sədr müavini Oleq Bədəlov, Minsk Şəhər İcraiyyə Komitəsinin sədr müavini Anastasiya Fransuzova, şəhər administrasiyasının əməkdaşı Ekaterina Mixaylovskaya və Miqrasiya İdarəsinin baş mütəxəssisləri Nina Kosoykina və Tatyana Struk təqdimatçılara suallar ünvanlayıb və fikirlərini bildiriblər.

Dəyirmi Masa çay-kofe fasiləsi ilə yekunlaşıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Nərminə Eyyubova

Xəbər Lenti

Daha bir universitet QS reytinqdə yer alıb -FOTO 19.06.2025 - 07:50
Xəzər Universiteti növbəti dəfə uğura imza atıb19.06.2025 - 07:40
BSU növbəti dəfə uğura imza atıb19.06.2025 - 07:30
ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib -FOTO19.06.2025 - 07:20
Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!19.06.2025 - 07:10
Bu gün sertifikasiya imtahanlarının ikinci günüdür19.06.2025 - 07:00
IV qrup üzrə respublika birincisi - FOTO19.06.2025 - 06:50
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək19.06.2025 - 06:40
Azərbaycan universitetlərindən möhtəşəm beynəlxalq İRƏLİLƏYİŞ19.06.2025 - 06:30
Qəbulun I cəhdi üzrə apellyasiya müraciətlərinin SAYI19.06.2025 - 06:20
Xəzərdə ZƏLZƏLƏ olub19.06.2025 - 06:10
Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır18.06.2025 - 19:00
DİM: 7 nəfərin nəticəsi ləğv edildi18.06.2025 - 18:50
7 nəfər maksimum bal topladı - ADLAR18.06.2025 - 18:40
I və IV qrupların imtahan nəticələri AÇIQLANDI18.06.2025 - 18:30
Bakı Ali Neft Məktəbi növbəti dəfə uğura imza atıb18.06.2025 - 18:20
BDU növbəti dəfə uğura imza atıb18.06.2025 - 18:10
Sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb18.06.2025 - 18:00
Qəhrəman şəhid Aslan Rzayev "Şəhidin səsi"ndə yad ediləcək18.06.2025 - 17:50
Qəhrəman Mübariz İbrahimovun Şəhadətindən 15 İl Ötür18.06.2025 - 17:40
Qazax-Tovuz Regional Təhsil İdarəsində Vətəndaş Qəbulu Keçirilib18.06.2025 - 17:30
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur18.06.2025 - 17:20
Maliyyə Nazirliyi büdcə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə Koreya təcrübəsini öyrənir18.06.2025 - 17:10
Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb18.06.2025 - 17:00
Hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb18.06.2025 - 16:50
Gələn həftə Məhərrəm ayı başlayır18.06.2025 - 16:40
60 bal toplayan daha iki müəllim - Bu məktəblərdə İŞLƏYİRLƏR18.06.2025 - 16:30
Anasını qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub18.06.2025 - 16:20
DİM-də TOEFL iBT imtahanı keçirilib18.06.2025 - 16:10
Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı18.06.2025 - 16:00
Bu gün sertifikasiyada iştirak edənlərin regionlar üzrə SAYI18.06.2025 - 15:50
Dünyanın ən yaxşı universitetləri bunlardır18.06.2025 - 15:40
Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb18.06.2025 - 15:30
Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb18.06.2025 - 15:20
Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib18.06.2025 - 15:10
Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb18.06.2025 - 15:00
Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb18.06.2025 - 14:50
Təhsilin İnkişafı Fondu BDU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirib18.06.2025 - 14:40
XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər - beynəlxalq konfrans18.06.2025 - 14:30
Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində - elmi sessiya 18.06.2025 - 14:20
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib18.06.2025 - 14:10
Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib18.06.2025 - 14:00
“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir - FOTO18.06.2025 - 13:50
Cənub regionunda sertifikatlaşdırma imtahanı keçirilib18.06.2025 - 13:40
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək - FOTO18.06.2025 - 13:30
Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir18.06.2025 - 13:20
Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 18.06.2025 - 13:10
Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 18.06.2025 - 12:54