Təhsil 365 - Logo Mobile

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub - FOTO

7617.06.2025 - 17:32
Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub - FOTO

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilər arasında 18-ci “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin seçim turu keçirilib. Tədbir Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil olunub.

Universitetdən “Tehsil365”ə bildirilib ki, müsabiqəyə orta məktəb və gimnaziya şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar. Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, müsabiqənin məqsədi məktəblilərin Çin dili və mədəniyyəti biliklərini nümayiş etdirməkdir: “Çin və Azərbaycanın dövlət başçılarının strateji rəhbərliyi ilə ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. Siyasi etimad möhkəmlənir, əməkdaşlıq güclənir, beynəlxalq arenada qarşılıqlı dəstək artır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfəri zamanı liderlərimiz hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan etdilər. Bu, mədəni mübadilələrə, qarşılıqlı anlayışa və gənclərin Çin dilini öyrənmək imkanlarına yeni perspektivlər açdı.

Çin dili dünyanın ən qədim və ən geniş istifadə olunan dillərindən biridir, beş min illik sivilizasiyanın daşıyıcısıdır və Çinlə dünyanı birləşdirən mühüm körpüdür. Hazırda 190-dan çox ölkə və bölgədə Çin dili tədris olunur, 85 ölkə onu milli təhsil sisteminə daxil edib, 30 milyondan çox insan xaricdə Çin dili öyrənir. Azərbaycanda bu müsabiqə artıq 17 dəfə keçirilib və mədəni əlaqələrin tanınmış brendinə çevrilib. Yarışma dil, mədəniyyət və dostluq körpüsü rolunu oynayır.

Bu il müsabiqə “Çin dili ilə arzuların ardınca, gəncliyə layiq həyat” devizi ilə keçirilir. Ümid edirəm ki, Çin dilini bir “qızıl açar” kimi istifadə edərək həyat yolunuzda yeni imkanlar qazanacaq, Çin-Azərbaycan dostluğunun davamçıları olacaqsınız. Səfirlik olaraq təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirməyə, Çin dili tədrisini və gənclərin Çinə səfər imkanlarını dəstəkləməyə hazırıq”.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək Azərbaycan-Çin təhsil əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə iki ölkə arasında təhsil sahəsində genişlənən əməkdaşlıqdan danışıb. O qeyd edib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Çin dilinin Azərbaycanda tədrisinə yeni təkan verib. Sənəddə dil mübadiləsinin inkişafı, hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi, Konfutsi institutlarının inkişafına dəstək məsələləri yer alıb. HSK imtahanlarının uğurla keçirilməsi Çin dilini öyrənməyə marağın artdığını və tədrisin keyfiyyətinin yüksəldiyini göstərir.

Seçim turu iki mərhələdə keçirilib. İştirakçılar Çin dilində çıxış edib, Çin mədəniyyəti ilə bağlı sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər. Onların çıxışları səfirlik nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin qalibləri Çində keçiriləcək beynəlxalq finalda iştirak edəcək. I yerə ADU Konfutsi İnstitutunun tələbəsi Kamil Bunyatov layiq görülüb. Bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Elmina Muxtarlı

Xəbər Lenti

"50 illik səhnə sevgisi: Möhsün Sənaninin sənət yolu" -FOTO19.06.2025 - 08:00
Daha bir universitet QS reytinqdə yer alıb -FOTO 19.06.2025 - 07:50
Xəzər Universiteti növbəti dəfə uğura imza atıb19.06.2025 - 07:40
BSU növbəti dəfə uğura imza atıb19.06.2025 - 07:30
ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib -FOTO19.06.2025 - 07:20
Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!19.06.2025 - 07:10
Bu gün sertifikasiya imtahanlarının ikinci günüdür19.06.2025 - 07:00
IV qrup üzrə respublika birincisi - FOTO19.06.2025 - 06:50
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək19.06.2025 - 06:40
Azərbaycan universitetlərindən möhtəşəm beynəlxalq İRƏLİLƏYİŞ19.06.2025 - 06:30
Qəbulun I cəhdi üzrə apellyasiya müraciətlərinin SAYI19.06.2025 - 06:20
Xəzərdə ZƏLZƏLƏ olub19.06.2025 - 06:10
Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır18.06.2025 - 19:00
DİM: 7 nəfərin nəticəsi ləğv edildi18.06.2025 - 18:50
7 nəfər maksimum bal topladı - ADLAR18.06.2025 - 18:40
I və IV qrupların imtahan nəticələri AÇIQLANDI18.06.2025 - 18:30
Bakı Ali Neft Məktəbi növbəti dəfə uğura imza atıb18.06.2025 - 18:20
BDU növbəti dəfə uğura imza atıb18.06.2025 - 18:10
Sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb18.06.2025 - 18:00
Qəhrəman şəhid Aslan Rzayev "Şəhidin səsi"ndə yad ediləcək18.06.2025 - 17:50
Qəhrəman Mübariz İbrahimovun Şəhadətindən 15 İl Ötür18.06.2025 - 17:40
Qazax-Tovuz Regional Təhsil İdarəsində Vətəndaş Qəbulu Keçirilib18.06.2025 - 17:30
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur18.06.2025 - 17:20
Maliyyə Nazirliyi büdcə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə Koreya təcrübəsini öyrənir18.06.2025 - 17:10
Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb18.06.2025 - 17:00
Hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb18.06.2025 - 16:50
Gələn həftə Məhərrəm ayı başlayır18.06.2025 - 16:40
60 bal toplayan daha iki müəllim - Bu məktəblərdə İŞLƏYİRLƏR18.06.2025 - 16:30
Anasını qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub18.06.2025 - 16:20
DİM-də TOEFL iBT imtahanı keçirilib18.06.2025 - 16:10
Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı18.06.2025 - 16:00
Bu gün sertifikasiyada iştirak edənlərin regionlar üzrə SAYI18.06.2025 - 15:50
Dünyanın ən yaxşı universitetləri bunlardır18.06.2025 - 15:40
Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb18.06.2025 - 15:30
Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb18.06.2025 - 15:20
Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib18.06.2025 - 15:10
Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb18.06.2025 - 15:00
Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb18.06.2025 - 14:50
Təhsilin İnkişafı Fondu BDU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirib18.06.2025 - 14:40
XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər - beynəlxalq konfrans18.06.2025 - 14:30
Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində - elmi sessiya 18.06.2025 - 14:20
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib18.06.2025 - 14:10
Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib18.06.2025 - 14:00
“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir - FOTO18.06.2025 - 13:50
Cənub regionunda sertifikatlaşdırma imtahanı keçirilib18.06.2025 - 13:40
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək - FOTO18.06.2025 - 13:30
Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir18.06.2025 - 13:20
Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 18.06.2025 - 13:10