İyunun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 25 431 vətəndaş müraciəti daxil olub.
“Tehsil365” xəbər verir ki, müraciətlərin 15 851-i çağrı mərkəzləri, 5 622-si elektron, 711-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 247 müraciət qeydə alınıb.
Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, təhsil tələbə krediti, DP çərçivəsində xaricdə təhsil, birinci sinfə qəbul, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.