Bu gün Naxçıvan Muxtar Respublikasında 64 müəllim sertifikatlaşdırma imtahanı verəcək.
“Tehsil365” xəbər verir ki, builki sertifikatlaşdırma prosesinə ümumtəhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, ibtidai sinif, biologiya, kimya, fizika, informatika, ingilis, fransız və alman dilləri üzrə tədris aparan müəllimlər cəlb olunacaq. Proses iyunun 25-nə kimi davam edəcək.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesi Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunub.
Qeyd edək ki, sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 345 müəllimin iştirakı nəzərdə tutulur.
Bu gün Naxçıvanda 64 müəllim sertifikatlaşdırma imtahanı verəcək
7418.06.2025 - 07:11
