Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin V Məclisinin iclası keçirilib.
“Tehsil365” xəbər verir ki, iclas zamanı təşkilatın fəaliyyət istiqamətlərinə dair bir sıra vacib məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Məclis çərçivəsində həmçinin təşkilati dəyişikliklər, idarəetmənin təkmilləşdirilməsi və gələcək fəaliyyətin istiqamətləri geniş şəkildə nəzərdən keçirilib.
İclasda daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adının “Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı” kimi dəyişdirilməsi və təşkilatın yeni loqosunun təsdiq olunması məsələləri müzakirə olunub.
ATİAHİ Respublika Komitəsinin V Məclisinin iclası keçirilib
7318.06.2025 - 07:32
