Təhsil 365 - Logo Mobile

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb - FOTO

9419.06.2025 - 10:50
BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Ekoloji kimya kafedrasının ekoloji kimya ixtisası üzrə doktorantı Orxan Hacıyevin “Bakı şəhəri və Abşeron yarımadasında atmosfer havasının aktiv biomonitorinqinin nəticələri: “Sphagnum girgensohnii” mamır-transplantatlarından istifadə olunmaqla” mövzusunda elmi seminarı keçirilib. Dissertasiya işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri namizədi, dosent Zərifə Vəliyeva rəhbərlik edir.

BDU-dan “Tehsil365”ə bildirilib ki, elmi seminarda Orxan Hacıyev tərəfindən aparılan tədqiqatın nəticələri təqdim olunub. Tədqiqatda Bakı şəhəri və Abşeron yarımadasının sənaye və nəqliyyatın təsiri altında olan atmosfer havasının keyfiyyəti aktiv biomonitorinq üsulu ilə qiymətləndirilib. Bu məqsədlə “Sphagnum girgensohnii” növündən olan mamır-transplantatlardan istifadə edilib.

Araşdırma çərçivəsində 21 nöqtədə “mamır torbaları” quraşdırılıb, 12 həftəlik ekspozisiyadan sonra toplanmış nümunələr neytron aktivasiya analizi (İNAA), atom-absorbsion spektrometriya (AAS) və qaz xromatoqrafiyası ilə analiz olunub.

Əldə edilən nəticələrə əsasən, Na, Cl, I, Al, V, Pb, Th, U və digər elementlər üzrə bəzi nöqtələrdə yol verilən qatılıq həddi (YVQH) normativlərini aşan konsentrasiyalar müəyyən edilib. Eyni zamanda, bəzi zəhərli və təhlükəli metallar (Cd, Cu, Ni, Zn) üzrə yerli səviyyədə artım müşahidə olunub. Poliaromatik karbohidrogenlər bir sıra sənaye zonalarında aşkar edilib.

Əsas çirklənmə mənbələri kimi neft emalı və qaz hasilatı müəssisələri, metallurgiya və kimya sənayesi obyektləri, nəqliyyat vasitələrinin buraxdığı emissiyalar müəyyən olunub.

Tədqiqatın nəticələri Abşeron regionu üçün atmosfer çirklənməsinin cari vəziyyəti haqqında obyektiv və əsaslı məlumat verir. Yerli şəraitə uğurla tətbiq oluna bilən bu metodika gələcəkdə genişmiqyaslı monitorinq proqramlarına inteqrasiya üçün tövsiyə edilir.

Elmina Muxtarlı

Xəbər Lenti

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb21.06.2025 - 19:20
Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı21.06.2025 - 19:10
ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb21.06.2025 - 19:00
Milli Kitabxanada “Folklorşünas-alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb21.06.2025 - 16:50
Biləsuvarda kino günlərinə start verilib21.06.2025 - 16:40
Elm və təhsil nazirinin müavini İstanbulda sammit çərçivəsində bir sıra görüşlər keçirib21.06.2025 - 16:30
Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb21.06.2025 - 16:20
Elm və Təhsil Nazirliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar21.06.2025 - 16:10
Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda simpoziumun bağlanış mərasimi olub21.06.2025 - 16:00
Prorektor gələcək təhsil liderləri ilə görüşüb21.06.2025 - 15:50
Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da21.06.2025 - 15:40
MEK-də professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb21.06.2025 - 15:30
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib21.06.2025 - 15:21
BANM ilə Koç Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib21.06.2025 - 15:10
Prezident onları təltif etdi - Siyahı21.06.2025 - 14:57
İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub - FOTO21.06.2025 - 14:45
DİM-in nümayəndə heyəti Astanada keçirilən beynəlxalq forumunda iştirak edib21.06.2025 - 14:33
DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib21.06.2025 - 14:21
Müəllimlər üçün müsabiqənin qeydiyyat müddəti uzadılıb21.06.2025 - 14:11
DİM-dən növbəti təlim21.06.2025 - 13:59
BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib21.06.2025 - 13:47
MÜTDA : “Bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan hallar yaşanıb”21.06.2025 - 13:35
UNEC-də “Abituriyent Aylığı”na start verilib21.06.2025 - 13:22
2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər21.06.2025 - 13:10
BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər21.06.2025 - 12:53
AzMİU THE “Impact Rankings 2025”də mövqeyini gücləndirib21.06.2025 - 12:42
Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində21.06.2025 - 12:31
Qabiliyyət imtahanlarına start verilib21.06.2025 - 12:20
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər21.06.2025 - 12:09
Dövlət qulluğu üzrə imtahan keçiriləcək21.06.2025 - 11:56
Gənc ailənin sertifikasiya UĞURU21.06.2025 - 11:45
Azərbaycan Universitetinin 31-ci Məzun Günü keçirilib - FOTO21.06.2025 - 11:32
Lənkəranda gözdənəlil şair Samirə Sahibin “Zülmətdəki nur” kitabının təqdimatı keçirilib - FOTOLAR21.06.2025 - 11:20
DİM-in saytında bu şəxslər üçün müyəssərlik təmin olunub21.06.2025 - 11:10
Astarada Əlişa qalasında qədim dövrə aid hovuz kompleksi aşkarlanıb21.06.2025 - 11:00
Süni intellekt bu ölkədə məktəblərin dərsliyinə daxil edildi21.06.2025 - 10:50
Sabahın hava proqnozu açıqlanıb21.06.2025 - 10:40
Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir21.06.2025 - 10:30
Direktor: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər21.06.2025 - 10:20
BDU-nun Sosial Elmlər və Psixologiya Fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib21.06.2025 - 10:10
DİN: Bank kartlarından oğurluq davam edir21.06.2025 - 10:00
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər21.06.2025 - 09:50
Pakistanda təhsil sektoru böhrana doğru gedir21.06.2025 - 09:30
Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır21.06.2025 - 09:20
"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib21.06.2025 - 09:10
Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA21.06.2025 - 09:00
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək21.06.2025 - 08:50
Qırğızda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!21.06.2025 - 08:40