Bakıda SABAH.HUB-ın təşkilatçılığı, dövlət və özəl sektor nümayəndələrinin tərəfdaşlığı ilə “Baku ID” innovasiya festivalı keçirilir.
"Tehsil365 " xəbər verir ki, builki festival “The Regional Nexus” mövzusuna həsr olunub.
Tədbirdə texnoloji ideyaların və innovativ həllərin regional əməkdaşlığa töhfə verməsi məqsədilə müxtəlif istiqamətlər üzrə təqdimatlar və müzakirələr aparılır.
Festival Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edərək bu bölgələr arasında innovasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.
Tədbirin tərəfdaşları sırasında Elm və Təhsil Nazirliyi, SOCAR, “Paşa Holdinq” və 4SİM kimi qurumlar yer alır.