“Times Higher Education” təşkilatının Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirak məqsədilə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib.
Bu barədə “Tehsil365”ə ali məktəbdən məlumat verilib.
BANM Azərbaycan pavilyonunda öz xüsusi stendi ilə təmsil olunub. Stend iştirakçılar tərəfindən maraqla qarşılanıb, ali məktəbin beynəlxalq təhsil imkanları və elmi-tədqiqat potensialı təqdim olunub. Habelə konqresdə elm və təhsil naziri Emin Əmrullayev və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da iştirak edib.
Tədbir “Times Higher Education” təşkilatının və Türkiyə Ali Təhsil Şurasının birgə təşəbbüsü ilə təşkil olunub.