Bir zamanlar, əsasən, yerli iştirakçılarla keçirilən “Baku ID” layihəsi artıq beynəlxalq arenada maraq doğurur.
"Tehsil365 " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı Bakıda keçirilən "Baku ID" innovasiya festivalında deyib.
"Əvvəllər yalnız Bakı və Azərbaycanın digər bölgələrindən olan şirkətlərin çıxış etdiyi tədbir bu gün artıq regional miqyasda keçirilir.
Son tədbirdə Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Yaxın Şərq ölkələrindən də layihələr təqdim olunub. Bu isə “Baku ID”nin ildən-ilə genişlənərək lokal çərçivədən regional platformaya çevrildiyini göstərir.
Tədbir həmçinin beynəlxalq əməkdaşlıq imkanlarının artmasına və innovativ təşəbbüslərin regional müzakirə müstəvisinə daşınmasına şərait yaradır", - deyə o əlavə edib.