“Təhsil” Respublika İdman Mərkəzinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyi keçirilib.
“Tehsil365 “xəbər verir ki, altı gün davam edən yarışlarda 2010–2011-ci il təvəllüdlü oğlanlar arasında uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları iştirak ediblər. Yarışlarda aşağıdakı komandalar mübarizə aparıblar:
7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi
Yarışın sonunda qalib gələn komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom, medal və kubokla təltif olunublar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd voleybolun təbliği və inkişafı, perspektivli idmançıların üzə çıxarılması, eləcə də şəhər və respublika yarışlarında iştirak edəcək yığma komandanın formalaşdırılmasıdır.
Yarışda iştirak edən idmançılarımızı və onları yarışa hazırlayan məşqçi-müəllimləri təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!