AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbər heyəti “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM qüvvələrinin idarə olunması” mövzusunda keçirilən təlim-məşqə qatılıb.
“Tehsil365” xəbər veririki, tədbirin əsas məqsədi MEK-in Mülki Müdafiə üzrə Tədbirlər Planının səmərəliliyini qiymətləndirmək, fövqəladə hallarda operativ reaksiya imkanlarını gücləndirmək və əməkdaşların mənəvi-psixoloji hazırlığını artırmaq olub.
Təlimin açılışında çıxış edən kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev bu tip tədbirlərin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, təbii və texnogen hadisələr zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və əməkdaşların koordinasiyalı fəaliyyəti həyati önəm daşıyır.
Ardınca MEK-in Mülki Müdafiə Qərargahının rəisi Gülağa Cahangirov iştirakçılara təhlükəsizlik qaydaları, təxliyə planı və müdafiə vasitələrinin düzgün istifadəsi barədə məlumat verib. Simulyasiya zamanı fövqəladə vəziyyətlərdə əməkdaşların davranış modelləri nümayiş etdirilib.
Təlimin sonunda nəticələr təhlil olunub və müvafiq tövsiyələr irəli sürülüb.