Təhsil 365 - Logo Mobile

Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

8621.06.2025 - 08:00
Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının - tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir.

“Tehsil365” xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 231 il ötür.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.

Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Ramidə Əliyeva

Xəbər Lenti

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir - YENİLƏNİB22.06.2025 - 10:20
Azərbaycanda ali məktəb məzunlarının sayı artıb22.06.2025 - 09:40
2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər22.06.2025 - 08:50
Yaponiyada zəlzələ olub22.06.2025 - 06:45
Bu gün dövlət qulluğu imtahanı var22.06.2025 - 06:32
Doktorant və dissertant olmaq istəyənlər bu gün imtahan verəcək22.06.2025 - 06:21
Bu gün hava necə olacaq?22.06.2025 - 06:10
Mollanın qaçırdığı 16 yaşlı qız DANIŞDI22.06.2025 - 05:59
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb21.06.2025 - 19:20
Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı21.06.2025 - 19:10
ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb21.06.2025 - 19:00
Milli Kitabxanada “Folklorşünas-alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb21.06.2025 - 16:50
Biləsuvarda kino günlərinə start verilib21.06.2025 - 16:40
Elm və təhsil nazirinin müavini İstanbulda sammit çərçivəsində bir sıra görüşlər keçirib21.06.2025 - 16:30
Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb21.06.2025 - 16:20
Elm və Təhsil Nazirliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar21.06.2025 - 16:10
Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda simpoziumun bağlanış mərasimi olub21.06.2025 - 16:00
Prorektor gələcək təhsil liderləri ilə görüşüb21.06.2025 - 15:50
Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da21.06.2025 - 15:40
MEK-də professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb21.06.2025 - 15:30
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib21.06.2025 - 15:21
BANM ilə Koç Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib21.06.2025 - 15:10
Prezident onları təltif etdi - Siyahı21.06.2025 - 14:57
İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub - FOTO21.06.2025 - 14:45
DİM-in nümayəndə heyəti Astanada keçirilən beynəlxalq forumunda iştirak edib21.06.2025 - 14:33
DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib21.06.2025 - 14:21
Müəllimlər üçün müsabiqənin qeydiyyat müddəti uzadılıb21.06.2025 - 14:11
DİM-dən növbəti təlim21.06.2025 - 13:59
BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib21.06.2025 - 13:47
MÜTDA : “Bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan hallar yaşanıb”21.06.2025 - 13:35
UNEC-də “Abituriyent Aylığı”na start verilib21.06.2025 - 13:22
2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər21.06.2025 - 13:10
BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər21.06.2025 - 12:53
AzMİU THE “Impact Rankings 2025”də mövqeyini gücləndirib21.06.2025 - 12:42
Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində21.06.2025 - 12:31
Qabiliyyət imtahanlarına start verilib21.06.2025 - 12:20
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər21.06.2025 - 12:09
Dövlət qulluğu üzrə imtahan keçiriləcək21.06.2025 - 11:56
Gənc ailənin sertifikasiya UĞURU21.06.2025 - 11:45
Azərbaycan Universitetinin 31-ci Məzun Günü keçirilib - FOTO21.06.2025 - 11:32
Lənkəranda gözdənəlil şair Samirə Sahibin “Zülmətdəki nur” kitabının təqdimatı keçirilib - FOTOLAR21.06.2025 - 11:20
DİM-in saytında bu şəxslər üçün müyəssərlik təmin olunub21.06.2025 - 11:10
Astarada Əlişa qalasında qədim dövrə aid hovuz kompleksi aşkarlanıb21.06.2025 - 11:00
Süni intellekt bu ölkədə məktəblərin dərsliyinə daxil edildi21.06.2025 - 10:50
Sabahın hava proqnozu açıqlanıb21.06.2025 - 10:40
Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir21.06.2025 - 10:30
Direktor: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər21.06.2025 - 10:20
BDU-nun Sosial Elmlər və Psixologiya Fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib21.06.2025 - 10:10