2025-2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Qırğız Respublikasında bakalavriat səviyyəsində təqaüd proqramı elan edilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib. Bildirilib ki, proqram qırğız və ya rus dilində tədrisi nəzərdə tutur. Təqaüd proqramı 24 aprel 2024-cü il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Təqaüd proqramına müraciət üçün son tarix 04 iyul 2025-ci il nəzərdə tutulub.
Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.