Təhsil 365 - Logo Mobile

Astarada Əlişa qalasında qədim dövrə aid hovuz kompleksi aşkarlanıb

6821.06.2025 - 11:00
Astarada Əlişa qalasında qədim dövrə aid hovuz kompleksi aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən iyunun 2-dən etibarən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi əhəmiyyətə malik memarlıq nümunəsi aşkarlanıb.

İnstitutdan “Tehsil365 “-ə bildirilib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb.

Tədqiqatçılar bu memarlıq formasını Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirirlər. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.

Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr – eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir.

Qeyd olunmalıdır ki, bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkar olunması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur.

Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.

Nərminə Eyyubova

Xəbər Lenti

“Xəzər Xəbər” jurnalının 2025-ci il may nömrəsi işıq üzü görüb23.06.2025 - 17:18
“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO23.06.2025 - 16:58
BŞTİ-də psixoloq vəzifəsinə işə qəbulun müsahibə mərhələsi ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır23.06.2025 - 16:45
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO23.06.2025 - 16:32
Ağdam məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:21
Şəmkir məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:11
“Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü” keçirilib23.06.2025 - 16:00
"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq23.06.2025 - 15:50
Ağstafada Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək23.06.2025 - 15:40
Qubada “Gənc turizm liderləri–2” düşərgəsinə start verilib - FOTO23.06.2025 - 15:30
DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək23.06.2025 - 15:20
Jurnalistika üzrə magistratura qəbulunda qabiliyyət imtahanı iyunun 24‑də keçiriləcək23.06.2025 - 15:10
“Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib - FOTO23.06.2025 - 15:00
Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO23.06.2025 - 14:50
BDU-da ali məktəblər üçün akkreditasiya hazırlığına dair seminar keçirilib - FOTO 23.06.2025 - 14:40
Folklor İnstitutunda Milli kulinariya ənənələrinin müasir elmi tədqiqinə başlanılır23.06.2025 - 14:30
“Müasir metodist” layihəsi çərçivəsində təlim mərhələsi uğurla davam edir - FOTO 23.06.2025 - 14:20
Ağstafalı şagird Respublika Fənn Müsabiqəsində gümüş medal qazanıb23.06.2025 - 14:10
Bolonya Universitetində təhsil alan Azərbaycanlı tələbə dünya çempionu oldu23.06.2025 - 14:00
Məktəblilərarası Fənn Müsabiqələrində 4 qalibimiz uğur qazanıb23.06.2025 - 13:50
Tural Əhmədov: Akkreditasiya vəziyyətin düzgün diaqnozunun qoyulması üçün bir vasitədir23.06.2025 - 13:40
AMEA-da Ziyad Səmədzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO 23.06.2025 - 13:30
Qarabağ Universitetində ilk tədris ilində imtahan sessiyası uğurla başa çatdı23.06.2025 - 13:20
“Azərbaycan məktəbi” jurnalının 2025-ci ilin 2-ci buraxılışı nəşr olunub23.06.2025 - 13:10
Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə23.06.2025 - 13:00
BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO 23.06.2025 - 12:50
Konya Texniki Universitetinin rektoru AzMİU-da olub - FOTO 23.06.2025 - 12:40
Geomaqnit qasırğası gözlənilir23.06.2025 - 12:30
Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir23.06.2025 - 12:20
Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir23.06.2025 - 12:10
BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib23.06.2025 - 12:00
Nazir: Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır23.06.2025 - 11:50
“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib23.06.2025 - 11:40
BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb23.06.2025 - 11:30
Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib - FOTO 23.06.2025 - 11:20
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO23.06.2025 - 11:10
Harvard Universiteti və köləlik - Əlaqələri nədir?23.06.2025 - 10:57
"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb23.06.2025 - 10:45
UNEC-də “Açıq qapı” günü keçiriləcək23.06.2025 - 10:32
BŞTİ illik hesabat yayıb23.06.2025 - 10:21
55 məktəbdə monitorinq aparılıb23.06.2025 - 10:10
13 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib23.06.2025 - 10:00
İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub23.06.2025 - 09:50
72 paytaxt məktəblisi olimpiadada qalib olub23.06.2025 - 09:40
Fəaliyyətdə olan iklüziv siniflərin sayı açıqlanb23.06.2025 - 09:30
Bakıda bu qədər şagirdin yerdəyişməsi aparılıb23.06.2025 - 09:20
Xaricidə ali təhsil alanlar üçün peşə tanınması üzrə imtahan keçirilib23.06.2025 - 09:10
23000-ə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub23.06.2025 - 09:00