Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetinin 31-ci Məzun Günü keçirilib - FOTO

5921.06.2025 - 11:32
Azərbaycan Universitetinin 31-ci Məzun Günü keçirilib - FOTO

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ilinin məzunlarına həsr olunmuş 31-ci buraxılış Məzun Günü keçirilib. “Badamdar Hotel and Residences”də təşkil olunan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar iştirak ediblər.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edib. Rektor qeyd edib ki, dünya sürətlə dəyişir, müasir çağırışlar və tələblər təhsil sistemini də dəyişir. Təhsil sahəsindəki müasir çağırışlara adekvat cavab verən Azərbaycan Universiteti tələbələrinə təkcə təhsil vermir, yalnız elmi biliklər ötürmür, onlara özgüvən, tənqidi düşüncə, dürüstlük və innovativlik aşılayır, müxtəlifliyə və yeniliyə açıq olmağı, yanlışı və doğrunu ayırd etməyi öyrədir: “Azərbaycan Universitetinin akademik heyətinə dərin minnətdarlığımı bildirirəm.

Onlar bu illər ərzində sizə çox böyük müsbət keyfiyyətlər aşılayıblar. Bütün məzunları ürəkdən təbrik edirəm. Əminəm ki, burada qazandığınız biliklər həyatda layiqli yer tutmağınıza kömək edəcəkdir. Hər birinizdən Azərbaycan Universitetinin məzunu olaraq istər ölkə daxilində, istərsə də ölkədən kənarda vətənimizi, qalib Azərbaycanımızı, qürurlu Azərbaycanımızı hər zaman yüksəklərə qaldırmağınızı istəyirəm”, - deyə rektor bildirib. Səadət Əliyeva çıxışında məzunlara daim öz üzərlərində işləməyi, məqsədə çatandan sonra yeni hədəflər müəyyənləşdirməyi tövsiyə edib, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.
Ardınca Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavinləri Qoşqar Qarayev və Nahid Almasov, müəllimlər Hüseyn Hüseynli, Sədaqət Həsənova, Gülanə İsayeva, Yəmən Respublikasının vətəndaşı, universitetin əcnəbi məzunlarından Ahmed Anwar Hussein Al-Ashwal çıxış edərək təbriklərini və xoş arzularını çatdırıblar. Çıxışlarda əminliklə ifadə olunub ki, tələbəlik dövründə əldə etdikləri bilik və bacarıqlar, mənimsədikləri dəyərlər qədəm qoyduqları yeni, müstəqil və məsuliyyətli həyat yolunda məzunlara mühüm töhfələr verəcək.

Təbrik çıxışlarının ardından fakültələr üzrə birinci, ikinci və üçüncülüklə məzun olanlara, magistratura və MBA proqramının birincilərinə, universitet birincisinə, həmçinin universitet həyatında ictimai fəallığı ilə seçilən məzunlara Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın fəxri fərmanları təqdim olunub. Biznes və iqtisadiyyat fakültəsinin birincisi Marina Nasibova 97.7 ümumi orta müvəffəqiyyət göstəricisi ilə Azərbaycan Universitetindən birinciliklə məzun olub. Adını universitetin tarixinə yazdıran Marina Nasibova 2024/2025-ci tədris ili məzunları adından çıxış edərək ötən illərlə bağlı unudulmaz xatirələrini bölüşüb, universitet rəhbərliyinə, müəllimlərinə, ona hər zaman dəstək olan ailəsinə təşəkkür edib.
Ənənəvi “Papaqatma mərasimi”nin ardından “Alov” rəqs qrupunun solisti Eliana Pənahova “Sarı gəlin” rəqsini ifa edib. Azərbaycan Dövlət Televiziyasının solisti, beynəlxalq müsabiqələr laureatı, müğənni İlkin Fuad konsert proqramı ilə çıxış edib.


Elmina Muxtarlı

Xəbər Lenti

“Xəzər Xəbər” jurnalının 2025-ci il may nömrəsi işıq üzü görüb23.06.2025 - 17:18
“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO23.06.2025 - 16:58
BŞTİ-də psixoloq vəzifəsinə işə qəbulun müsahibə mərhələsi ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır23.06.2025 - 16:45
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO23.06.2025 - 16:32
Ağdam məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:21
Şəmkir məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:11
“Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü” keçirilib23.06.2025 - 16:00
"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq23.06.2025 - 15:50
Ağstafada Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək23.06.2025 - 15:40
Qubada “Gənc turizm liderləri–2” düşərgəsinə start verilib - FOTO23.06.2025 - 15:30
DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək23.06.2025 - 15:20
Jurnalistika üzrə magistratura qəbulunda qabiliyyət imtahanı iyunun 24‑də keçiriləcək23.06.2025 - 15:10
“Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib - FOTO23.06.2025 - 15:00
Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO23.06.2025 - 14:50
BDU-da ali məktəblər üçün akkreditasiya hazırlığına dair seminar keçirilib - FOTO 23.06.2025 - 14:40
Folklor İnstitutunda Milli kulinariya ənənələrinin müasir elmi tədqiqinə başlanılır23.06.2025 - 14:30
“Müasir metodist” layihəsi çərçivəsində təlim mərhələsi uğurla davam edir - FOTO 23.06.2025 - 14:20
Ağstafalı şagird Respublika Fənn Müsabiqəsində gümüş medal qazanıb23.06.2025 - 14:10
Bolonya Universitetində təhsil alan Azərbaycanlı tələbə dünya çempionu oldu23.06.2025 - 14:00
Məktəblilərarası Fənn Müsabiqələrində 4 qalibimiz uğur qazanıb23.06.2025 - 13:50
Tural Əhmədov: Akkreditasiya vəziyyətin düzgün diaqnozunun qoyulması üçün bir vasitədir23.06.2025 - 13:40
AMEA-da Ziyad Səmədzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO 23.06.2025 - 13:30
Qarabağ Universitetində ilk tədris ilində imtahan sessiyası uğurla başa çatdı23.06.2025 - 13:20
“Azərbaycan məktəbi” jurnalının 2025-ci ilin 2-ci buraxılışı nəşr olunub23.06.2025 - 13:10
Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə23.06.2025 - 13:00
BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO 23.06.2025 - 12:50
Konya Texniki Universitetinin rektoru AzMİU-da olub - FOTO 23.06.2025 - 12:40
Geomaqnit qasırğası gözlənilir23.06.2025 - 12:30
Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir23.06.2025 - 12:20
Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir23.06.2025 - 12:10
BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib23.06.2025 - 12:00
Nazir: Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır23.06.2025 - 11:50
“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib23.06.2025 - 11:40
BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb23.06.2025 - 11:30
Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib - FOTO 23.06.2025 - 11:20
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO23.06.2025 - 11:10
Harvard Universiteti və köləlik - Əlaqələri nədir?23.06.2025 - 10:57
"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb23.06.2025 - 10:45
UNEC-də “Açıq qapı” günü keçiriləcək23.06.2025 - 10:32
BŞTİ illik hesabat yayıb23.06.2025 - 10:21
55 məktəbdə monitorinq aparılıb23.06.2025 - 10:10
13 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib23.06.2025 - 10:00
İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub23.06.2025 - 09:50
72 paytaxt məktəblisi olimpiadada qalib olub23.06.2025 - 09:40
Fəaliyyətdə olan iklüziv siniflərin sayı açıqlanb23.06.2025 - 09:30
Bakıda bu qədər şagirdin yerdəyişməsi aparılıb23.06.2025 - 09:20
Xaricidə ali təhsil alanlar üçün peşə tanınması üzrə imtahan keçirilib23.06.2025 - 09:10
23000-ə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub23.06.2025 - 09:00