Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirakı çərçivəsində Koç Universitetinin rektoru professor Metin Sitti ilə görüşüb.
Bu barədə “Tehsil365”ə BANM-dən məlumat verilib. Görüşdə BANM ilə Koç Universiteti arasında tərəfdaşlıq və elmi-akademik əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.