Təhsil 365 - Logo Mobile

Doktorant və dissertant olmaq istəyənlər bu gün imtahan verəcək

8422.06.2025 - 06:21
Doktorant və dissertant olmaq istəyənlər bu gün imtahan verəcək

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İmtahanlarda ümumilikdə 2 144 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1 797 nəfər (1 773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 3 əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə 1- 4 iyul tarixlərində həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün sertifikasiya imtahanlarının test mərhələsinin üçüncü günüdür 24.06.2025 - 07:10
AzTU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb24.06.2025 - 07:00
BMU-İNHA İDP tələbələri beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edən gənclərə görüşüb 24.06.2025 - 06:50
Naxçıvan Muxtar Respublikasında məzunlara attestatların verilməsinə başlanılıb24.06.2025 - 06:40
Saxta olimpiada iddiası: Valideyn və təşkilatçı arasında qalmaqal24.06.2025 - 06:30
BŞTİ-də psixoloqların işə qəbulu üzrə Apellyasiya komissiyası fəaliyyətə başlayır24.06.2025 - 06:20
BDU-da “EkoEnerji Məntəqəsi” açıldı – elektromobillər bərpa olunan enerji ilə doldurulacaq - FOTO24.06.2025 - 06:10
Bu ölkədə nüvə alimi ÖLDÜRÜLDÜ24.06.2025 - 05:59
“Xəzər Xəbər” jurnalının 2025-ci il may nömrəsi işıq üzü görüb23.06.2025 - 17:18
“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO23.06.2025 - 16:58
BŞTİ-də psixoloq vəzifəsinə işə qəbulun müsahibə mərhələsi ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır23.06.2025 - 16:45
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO23.06.2025 - 16:32
Ağdam məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:21
Şəmkir məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:11
“Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü” keçirilib23.06.2025 - 16:00
"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq23.06.2025 - 15:50
Ağstafada Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək23.06.2025 - 15:40
Qubada “Gənc turizm liderləri–2” düşərgəsinə start verilib - FOTO23.06.2025 - 15:30
DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək23.06.2025 - 15:20
Jurnalistika üzrə magistratura qəbulunda qabiliyyət imtahanı iyunun 24‑də keçiriləcək23.06.2025 - 15:10
“Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib - FOTO23.06.2025 - 15:00
Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO23.06.2025 - 14:50
BDU-da ali məktəblər üçün akkreditasiya hazırlığına dair seminar keçirilib - FOTO 23.06.2025 - 14:40
Folklor İnstitutunda Milli kulinariya ənənələrinin müasir elmi tədqiqinə başlanılır23.06.2025 - 14:30
“Müasir metodist” layihəsi çərçivəsində təlim mərhələsi uğurla davam edir - FOTO 23.06.2025 - 14:20
Ağstafalı şagird Respublika Fənn Müsabiqəsində gümüş medal qazanıb23.06.2025 - 14:10
Bolonya Universitetində təhsil alan Azərbaycanlı tələbə dünya çempionu oldu23.06.2025 - 14:00
Məktəblilərarası Fənn Müsabiqələrində 4 qalibimiz uğur qazanıb23.06.2025 - 13:50
Tural Əhmədov: Akkreditasiya vəziyyətin düzgün diaqnozunun qoyulması üçün bir vasitədir23.06.2025 - 13:40
AMEA-da Ziyad Səmədzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO 23.06.2025 - 13:30
Qarabağ Universitetində ilk tədris ilində imtahan sessiyası uğurla başa çatdı23.06.2025 - 13:20
“Azərbaycan məktəbi” jurnalının 2025-ci ilin 2-ci buraxılışı nəşr olunub23.06.2025 - 13:10
Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə23.06.2025 - 13:00
BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO 23.06.2025 - 12:50
Konya Texniki Universitetinin rektoru AzMİU-da olub - FOTO 23.06.2025 - 12:40
Geomaqnit qasırğası gözlənilir23.06.2025 - 12:30
Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir23.06.2025 - 12:20
Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir23.06.2025 - 12:10
BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib23.06.2025 - 12:00
Nazir: Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır23.06.2025 - 11:50
“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib23.06.2025 - 11:40
BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb23.06.2025 - 11:30
Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib - FOTO 23.06.2025 - 11:20
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO23.06.2025 - 11:10
Harvard Universiteti və köləlik - Əlaqələri nədir?23.06.2025 - 10:57
"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb23.06.2025 - 10:45
UNEC-də “Açıq qapı” günü keçiriləcək23.06.2025 - 10:32
BŞTİ illik hesabat yayıb23.06.2025 - 10:21