Təhsil 365 - Logo Mobile

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfransın açılışı olub - FOTO

9423.06.2025 - 06:20
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfransın açılışı olub - FOTO

2025-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU), ADPU-nun Şəki filialı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Mahmud Kaşğari adına Beynəlxalq Fond, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq "Bəxtiyar Vahabzadə - Türk dünyası dil, tarix, vətənpərvərlik və ədəbiyyat (Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik)" adlı konfransın açılış tədbiri keçirilib.

“Tehsil365” xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan və Türkiyənin çoxsaylı ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının tədqiqatçı alimləri və MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri iştirak ediblər.

Öncə Ümummilli lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransı giriş sözü ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açıb. O, çıxışında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının çoxşaxəli cəhətlərindən danışmış, onun irsinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verildiyini vurğulayıb. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin irsinə göstərdiyi diqqətdən bəhs edən prorektor şairin milli düşüncə, ana dili və vətənpərvərlik ideyalarının müasir gənclərin tərbiyəsindəki rolunu xüsusi qeyd edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı çıxış edərək Bəxtiyar Vahabzadənin yubileyinin Şəkidə qeyd olunması xüsusilə əhəmiyyətli olduğunu bildirib. O, bu cür mötəbər elmi-mədəni tədbirə ev sahibliyi etməyin Şəki üçün həm məsuliyyət, həm də qürur mənbəyi olduğunu vurğulamış, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə çıxışında görkəmli şairin ziyalı mövqeyini, təhsilə və milli irsə verdiyi dəyəri xüsusi vurğulamış, MDU- nun belə konfransda təşkilatçı kimi iştirakının universitet üçün xüsusi əhəmiyyətin kəsb etdiyini bildirib. O, konfransın türk dünyasının elmi-mədəni inteqrasiyasına töhfə verdiyini və Bəxtiyar Vahabzadənin zəngin irsinin yeni tədqiqat aspektlərinin öyrənilməsinə xidmət etdiyini qeyd edib.
Daha sonra çıxış edən Mahmud Kaşqari Beynəlxalq Fondunun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, ADPU-nun Quba filialının direktoru prof. Yusif Əliyev, Naxçıvan Dövlət Universitetinin prorektoru dos. Elsevər Əsədov, İKSAD-ın baş direktoru Dr. Mustafa Lətif Əmək və digər qurumların nümayəndələri çıxışlarında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, dilə və ədəbiyyata bağlılığı müxtəlif aspektlərdən təqdim olunub.

Açılış mərasimi iştirakçıların və tələbələrin təqdimatında hazırlanmış bədii hissə ilə davam edib, sonda xatirə şəkilləri çəkdirilib.

VII Beynəlxalq elmi konfrans 21-22 iyun tarixlərində bölmə iclasları ilə davam edib. Bölmələr üzrə təqdim olunan məruzələrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı, dilçilik, ədəbiyyat, pedaqogika, fəlsəfə, tarixi kontekstlərdə araşdırmaları, milli kimlik və vətənpərvərlik məsələlərinin təhlili geniş müzakirə olunub. Konfransda Azərbaycan, Türkiyə, Makedoniya, Rusiya, Liviya, Hindistan, Nigeriya, Rumıniya,İtaliya, Özbəkistan və Banqladeş daxil olmaqla 11 ölkədən 200-dən çox tədqiqatçı iştirak edib, ümumilikdə 150-dən artıq elmi məruzə təqdim olunub. MDU-nun 10-da çox alimi də konfransda məruzələrlə çıxışlar ediblər.


Aydan Ələkbərova

Xəbər Lenti

BŞTİ-də psixoloqların işə qəbulu üzrə Apellyasiya komissiyası fəaliyyətə başlayır24.06.2025 - 06:20
BDU-da “EkoEnerji Məntəqəsi” açıldı – elektromobillər bərpa olunan enerji ilə doldurulacaq - FOTO24.06.2025 - 06:10
Bu ölkədə nüvə alimi ÖLDÜRÜLDÜ24.06.2025 - 05:59
“Xəzər Xəbər” jurnalının 2025-ci il may nömrəsi işıq üzü görüb23.06.2025 - 17:18
“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO23.06.2025 - 16:58
BŞTİ-də psixoloq vəzifəsinə işə qəbulun müsahibə mərhələsi ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır23.06.2025 - 16:45
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO23.06.2025 - 16:32
Ağdam məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:21
Şəmkir məktəblisi Respublika Fənn Müsabiqəsində bürünc medal qazandı23.06.2025 - 16:11
“Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü” keçirilib23.06.2025 - 16:00
"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq23.06.2025 - 15:50
Ağstafada Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək23.06.2025 - 15:40
Qubada “Gənc turizm liderləri–2” düşərgəsinə start verilib - FOTO23.06.2025 - 15:30
DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək23.06.2025 - 15:20
Jurnalistika üzrə magistratura qəbulunda qabiliyyət imtahanı iyunun 24‑də keçiriləcək23.06.2025 - 15:10
“Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib - FOTO23.06.2025 - 15:00
Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO23.06.2025 - 14:50
BDU-da ali məktəblər üçün akkreditasiya hazırlığına dair seminar keçirilib - FOTO 23.06.2025 - 14:40
Folklor İnstitutunda Milli kulinariya ənənələrinin müasir elmi tədqiqinə başlanılır23.06.2025 - 14:30
“Müasir metodist” layihəsi çərçivəsində təlim mərhələsi uğurla davam edir - FOTO 23.06.2025 - 14:20
Ağstafalı şagird Respublika Fənn Müsabiqəsində gümüş medal qazanıb23.06.2025 - 14:10
Bolonya Universitetində təhsil alan Azərbaycanlı tələbə dünya çempionu oldu23.06.2025 - 14:00
Məktəblilərarası Fənn Müsabiqələrində 4 qalibimiz uğur qazanıb23.06.2025 - 13:50
Tural Əhmədov: Akkreditasiya vəziyyətin düzgün diaqnozunun qoyulması üçün bir vasitədir23.06.2025 - 13:40
AMEA-da Ziyad Səmədzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO 23.06.2025 - 13:30
Qarabağ Universitetində ilk tədris ilində imtahan sessiyası uğurla başa çatdı23.06.2025 - 13:20
“Azərbaycan məktəbi” jurnalının 2025-ci ilin 2-ci buraxılışı nəşr olunub23.06.2025 - 13:10
Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə23.06.2025 - 13:00
BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO 23.06.2025 - 12:50
Konya Texniki Universitetinin rektoru AzMİU-da olub - FOTO 23.06.2025 - 12:40
Geomaqnit qasırğası gözlənilir23.06.2025 - 12:30
Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir23.06.2025 - 12:20
Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir23.06.2025 - 12:10
BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib23.06.2025 - 12:00
Nazir: Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır23.06.2025 - 11:50
“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib23.06.2025 - 11:40
BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb23.06.2025 - 11:30
Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib - FOTO 23.06.2025 - 11:20
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO23.06.2025 - 11:10
Harvard Universiteti və köləlik - Əlaqələri nədir?23.06.2025 - 10:57
"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb23.06.2025 - 10:45
UNEC-də “Açıq qapı” günü keçiriləcək23.06.2025 - 10:32
BŞTİ illik hesabat yayıb23.06.2025 - 10:21
55 məktəbdə monitorinq aparılıb23.06.2025 - 10:10
13 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib23.06.2025 - 10:00
İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub23.06.2025 - 09:50
72 paytaxt məktəblisi olimpiadada qalib olub23.06.2025 - 09:40
Fəaliyyətdə olan iklüziv siniflərin sayı açıqlanb23.06.2025 - 09:30