Təhsil 365 - Logo Mobile

ADU “Future of Learning” forumuna ev sahibliyi edib - FOTO

7323.06.2025 - 08:50
ADU “Future of Learning” forumuna ev sahibliyi edib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) “Future of Learning” forumu keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, forum ADU, Hədəf Liseyi – STARS Campus, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, həmçinin “Hi Languages”, “e-School” və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə baş tutub.

Forumda 350-dən çox iştirakçı yer alıb. Tədbir təhsil sahəsində qlobal dəyişikliklər fonunda yeniliklərin təqdimatı və beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbirin əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda, müəllimlərin peşəkar inkişafına dəstək vermək olub. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş fikir mübadiləsi aparılıb.

Forumun əsas auditoriyasının ingilis dili müəllimləri olmasına baxmayaraq, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər fəal iştirak ediblər.

Spikerlər arasında tanınmış təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru və “Caucasus & Central Asia IB” Assosiasiyasının sədri Françesko Bançini, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov (Ed.M.), Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, “Hədəf STARS Campus”un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, ADU-nun baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə, IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer alıblar.

Forum çərçivəsində “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition”, “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” mövzularında təqdimatlar keçirilib.

Spikerlər və iştirakçılar adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olunub. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olunub və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edilib.

Hədəf Nəşrləri və Sinkod tərəfindən forum iştirakçılarına ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olunub. Eyni zamanda, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, eləcə də Qazaxıstan və Qırğızıstandan forumun onlayn iştirakçıları bu imkanlardan yararlanıblar. Bu təşəbbüs regional və beynəlxalq əməkdaşlığın inkişafı baxımından xüsusi önəm daşıyıb.

“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və onları praktikada tətbiq etmək istəyənlər üçün mühüm platformadır.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda 16 yaşlı qızı qaçıran axund vəzifəsindən xaric edilib25.06.2025 - 06:40
Bu gün təhsilverənlərin sertifikatlaşdırılmasının son günüdür 25.06.2025 - 06:30
NDU tarixində ən çox məzun verdiyi il bu ildir -FOTO 25.06.2025 - 06:20
ADNSU-da “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitabın sərgisi təşkil edilib25.06.2025 - 06:10
Azərbaycanlı alimlərin beynəlxalq simpoziumda məruzələri maraqla qarşılanıb - FOTO24.06.2025 - 17:38
İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU-nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb - FOTO24.06.2025 - 17:25
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” başa çatıb - FOTO24.06.2025 - 17:10
Millətlərarası dostluq evinin sədri Mərkəzi Elmi Kitabxanada olub - FOTO24.06.2025 - 16:59
Azərbaycan GEANT-ın Baş Assambleyasının iclasında təmsil olunub - FOTO24.06.2025 - 16:47
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları TNC25 konfransında iştirak ediblər - FOTO24.06.2025 - 16:35
ADPU-da ictimaiyyətlə əlaqələr: 6 ay ərzində 25 minədək müraciət cavablandırılıb - FOTO24.06.2025 - 16:22
Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri - seminar24.06.2025 - 16:11
Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib - FOTO24.06.2025 - 16:00
Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik24.06.2025 - 15:50
ADPU-da “Code for Future” layihəsinin bağlanış mərasimi keçirildi24.06.2025 - 15:40
Humanitar Kollecdə “Məzun günü” qeyd olundu – 219 tələbə təhsillərini başa vurdu24.06.2025 - 15:30
UNEC-də “Abituriyent aylığı” çərçivəsində ilk “Açıq qapı” günü keçirildi24.06.2025 - 15:20
AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib24.06.2025 - 15:10
63 yaşlı müəllimə sertifikatlaşdırma imtahanında könüllü iştirak edərək 58 bal topladı24.06.2025 - 15:00
MCEP 2025: 13 ölkədən tədqiqatçılar mühəndislik və memarlıq sahəsində elmi yenilikləri müzakirə etdilər24.06.2025 - 14:50
Taksi sürücüləri üçün növbəti imtahan iyulun 8-də keçiriləcək24.06.2025 - 14:40
Humanitar Kollecdə “Məzun günü” qeyd olundu – 219 tələbə təhsillərini başa vurdu24.06.2025 - 14:30
Dövlət qulluğuna dair 148 vakant vəzifə üzrə daxili müsahibə elan edildi24.06.2025 - 14:30
Respublika Fənn Olimpiadaları qalibləri mükafatlandırıldı24.06.2025 - 14:20
TKTA qismən akademik tanınma prosesinin müddətini 7 iyuladək uzadıb24.06.2025 - 14:10
Şəmkirli biologiya müəllimi sertifikatlaşdırma imtahanından 60 bal topladı24.06.2025 - 14:00
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq və ortaq layihələr müzakirə olunacaq24.06.2025 - 13:50
DİM dövlət qulluğuna qəbul imtahanı üçün qeydiyyata start verdi24.06.2025 - 13:40
Sertifikatlaşdırma imtahanının dördüncü günü: Biologiya və kimya müəllimləri iştirak edir24.06.2025 - 13:30
Məktəbəqədər təhsilin əhatə dairəsi hədəfdən geridə qalır – əsas maneələr açıqlanıb24.06.2025 - 13:20
İctimai Şura Masallı və Lənkəranda müəllim və şagirdlərlə görüş keçirdi24.06.2025 - 13:10
Qazax‑Tovuzda Kimya və Biologiya müəllimlərinin sertifikatlaşdırılması prosesi keçirilib - FOTO24.06.2025 - 13:00
Gəncə müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı24.06.2025 - 12:50
DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib - FOTO24.06.2025 - 12:40
Emin Əmrullayev: “İki ilə 6 universitetin dünya Top 1000-ə daxil olması atılan addımların effektivliyini göstərir”24.06.2025 - 12:30
Milli Kitabxanada sərgi açılıb24.06.2025 - 12:20
BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər” - FOTO24.06.2025 - 12:10
Rektor: Universitetimizin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans ən böyük tədbirimizdir24.06.2025 - 11:52
BSU-da Elmi Şura iclası keçirilib - FOTO24.06.2025 - 11:41
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir24.06.2025 - 11:30
Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO24.06.2025 - 11:21
Nazir Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasından DANIŞDI24.06.2025 - 11:11
Lənkəran-Astara bölgəsində 400-dən çox müəllim sertifikatlaşdırma imtahanı verir - FOTO24.06.2025 - 11:00
Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 98 faizi ötüb24.06.2025 - 10:50
Bu il bölgələrdə yeni liseylər yaradılacaq24.06.2025 - 10:40
Emin Əmrullayev: Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur24.06.2025 - 10:30
Sabahın hava praqnozu AÇIQLANDI24.06.2025 - 10:20
MİQ imtahanlarının keçirilmə tarixi açıqlanıb24.06.2025 - 10:10