Təhsil 365 - Logo Mobile

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO

5523.06.2025 - 11:10
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı qeyd olunub - FOTO

İyunun 23-də dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) konfrans keçirilib. Tədbirdə dövlət qulluğunun inkişafında peşəkar kadrların rolu, dövlət qulluqçularının davamlı təlim və ixtisasartırma proseslərinə cəlb olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Bu barədə “Tehsil365”ə DİA-dan məlumat verilib. Tədbirin açılışında çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov dövlət qulluqçularının ölkənin idarə olunmasında, ictimai xidmətlərin göstərilməsində və vətəndaş məmnunluğunun təmin olunmasında oynadıqları mühüm rolu vurğulayıb. Akademik diqqətə çatdırıb ki, dövlət qulluğunun inkişafı və bu sahədə çalışan kadrların peşəkarlığının artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. O əlavə edib ki, Dövlət İdarəçilik Akademiyası müasir təlim proqramları, innovativ metodlar və strateji yanaşmalar əsasında dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması istiqamətində səylərini davam etdirir. Akademik çıxışının sonunda peşəkar və vətənpərvər dövlət qulluqçusu olmağın həm məsuliyyət, həm də şərəf olduğunu qeyd edib.

Daha sonra DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri professor Hikmət Məmmədov çıxış edib. O bildirib ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların müasir idarəetmə prinsiplərinə uyğun təlimlərə cəlb olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, qlobal və regional çağırışlar fonunda çevik və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması prioritet məsələlərdən biridir. O, həmçinin vurğulayıb ki, dövlət qulluğu sahəsində islahatların uğurla davam etdirilməsi insan resurslarının inkişafı və effektiv kadr siyasəti ilə birbaşa bağlıdır.

Tədbirdə Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru professor Gülnarə Qurbanova da çıxış edərək bildirib ki, institut dövlət qulluqçularının peşə bayramı ərəfəsində onların peşəkar inkişafını dəstəkləmək məqsədilə genişmiqyaslı təlim və ixtisasartırma proqramları həyata keçirir. O qeyd edib ki, institut 2019–2025-ci illər üçün Dövlət qulluğu və 2020–2025-ci illər üçün Məşğulluq strategiyaları, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı çərçivəsində minlərlə dövlət qulluqçusunu əhatə edən ənənəvi, onlayn və səyyar təlimlər təşkil edib. Hazırda 54 mövzunu əhatə edən bu proqramlara innovativ idarəçilik, etik davranış, informasiya-kommunikasiya texnologiyaları, liderlik və iqlim dəyişiklikləri kimi aktual sahələr daxildir. Professor Gülnarə Qurbanova bildirib ki, təlimlərdə Milli Məclisin deputatları, nazirlik və agentlik nümayəndələri də fəal iştirak edir və bu, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasına önəmli töhfə verir.

Sonra çıxış edən Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin dekanı Ülkər Şəfiyeva vurğulayıb ki, bu gün akademiyanın məzunları yalnız bir təhsil mərhələsini deyil, həm də dövlət idarəçiliyində məsuliyyət və etimadla dolu yeni bir mərhələyə qədəm qoyurlar. O, fakültənin əsas məqsədinin təkcə nəzəri biliklərin ötürülməsi deyil, eyni zamanda, strateji düşüncə, analitik yanaşma və liderlik keyfiyyətlərinin formalaşdırılması olduğunu qeyd edib. Dosent bildirib ki, tədris proqramları real dövlət idarəetmə təcrübəsinə əsaslanır, yerli və beynəlxalq təcrübələrin inteqrasiyası ilə zənginləşdirilərək iştirakçıların dəyişən mühitə çevik uyğunlaşma bacarığını inkişaf etdirməyə yönəlib. Ülkər Şəfiyeva əlavə edib ki, məzunlar arasında artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında uğurla fəaliyyət göstərən, rəhbər vəzifələrə yüksələn peşəkar kadrlar mövcuddur ki, bu da akademiyada həyata keçirilən keyfiyyətli təlimin nəticəsidir. O, dövlət qulluğu sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının ölkəmizin dayanıqlı və şəffaf idarəçilik modelinin möhkəmləndirilməsində əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantı Adil Həsənli “Dövlət qulluğu: şəffaflıq, məsuliyyət və gələcəyə xidmət” mövzusunda araşdırmalarını və təəssüratlarını iştirakçılarla bölüşüb. O, akademiyada aldığı təhsilin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını, qazandığı bilik və bacarıqların onun üçün dəyərli olduğunu xüsusilə vurğulayıb.

Qeyd olunmalıdır ki, respublika üzrə dövlət qulluğuna qəbul üzrə Dövlət İdarəçilik Akademiyasının məzunları ilk sıralarda yer alırlar və bu, təsadüfi deyil. DİA-nın tələbələri qəbul olduqları ilk gündən başlayaraq dövlət siyasəti, dövlət qulluqçusu olmağın əhəmiyyəti, innovativ idarəetmə, dövlət idarəçiliyi kimi vacib mövzuları mənimsəyirlər.

Konfransda DİA-nın professor-müəllim heyəti, müxtəlif dövlət qurumlarının nümayəndələri və rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantları iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Salvador Dalinin sürrealizm əsərlərində şüuraltının təcəssümü15.09.2025 - 19:55
Kiçik plastik sənət – masaüstü, dekorativ heykəllər15.09.2025 - 19:45
Osman Hamdi bəyin məşhur əsəri - “Tısbağaların Tərbiyəçisi”15.09.2025 - 19:31
Şamaxı Avropa Liseyində "Bilik Günü" tədbiri keçirilib15.09.2025 - 19:20
Bakı Slavyan Universitetində “Bilik günü” tədbiri keçirilib15.09.2025 - 19:10
Tahir Salahov və “Sərt üslub” məktəbinin Azərbaycan təsviri sənətində yeri15.09.2025 - 19:04
Bilik günü Nəsimi rayonunun məktəblərində qeyd olundu15.09.2025 - 18:56
Azərbaycan Həmkarlar İttifaqları idman zalının açılışı15.09.2025 - 18:51
"Xankəndidə yaxın günlərdə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur"15.09.2025 - 18:47
Xırdalan şəhər 10 nömrəli məktəbdə Bilik Günü qeyd olunub15.09.2025 - 18:39
Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək15.09.2025 - 18:38
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Romada konsert proqramı təşkil olunacaq15.09.2025 - 18:30
Beynəlxalq yarışda cüdoçularımız uğurla iştirak ediblər15.09.2025 - 18:25
“Bakcell” gənclərə süni intellekt və innovasiya ilə bağlı tədbir keçirdi15.09.2025 - 18:15
Qəbələ şəhərində səyyar “Sağlam həyat” layihəsi keçirilib15.09.2025 - 18:11
Ən məşhur ədəbiyyat nümunələrindən biri "Gilqameş dastanı"dır15.09.2025 - 18:00
Azərbaycan təmsilçiləri karate üzrə Avropa çempionatı və birinciliyində uğur qazanıblar15.09.2025 - 17:58
Telepatiya və qeyri-adi insan bacarıqları15.09.2025 - 17:53
Dünyada hər gün 2.5 kvintilyon bayt məlumat yaradılır 15.09.2025 - 17:45
Müəllimləri yoran iş imtahan vermək yox, imtahan götürməkdir15.09.2025 - 17:44
Şəkərli diabet və müasir profilaktik üsullar15.09.2025 - 17:42
Hərbi təhsil müəssisələrində “Bilik günü” və andiçmə mərasimləri keçirilib15.09.2025 - 17:41
Səttar Bəhlulzadənin əsərlərində Azərbaycan təbiətinin bədii təsviri15.09.2025 - 17:31
Muğamın mədəniyyətimizdəki rolu15.09.2025 - 17:30
Hipertoniya və həyat tərzi dəyişiklikləri15.09.2025 - 17:21
Maraqlı fakt: dəniz ulduzlarının beyni yoxdur 15.09.2025 - 17:15
Virtual muzeylər mədəni irsin qorunmasında önəmli rol oynayır15.09.2025 - 17:15
Rembrandtın işıq və kölgə oyununda ustalığı15.09.2025 - 17:14
Dünyada təyyarə gəmisini batıran yeganə əsgər – Topçu Mustafa Ertuğrul15.09.2025 - 17:04
Bal arıları insan sifətlərini yadda saxlaya bilir 15.09.2025 - 17:00
GOC məktəbli təqaüd proqramının qalibləri açıqlandı15.09.2025 - 16:55
İnsan ruhunun kamilliyi və sevgi Cavidin "Şeyx Sənan"ında15.09.2025 - 16:47
Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib15.09.2025 - 16:45
Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilib15.09.2025 - 16:40
Lənkəranda şəhidlərin xatirəsinə futbol turniri keçirilib15.09.2025 - 16:33
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı15.09.2025 - 16:30
Qəbələ Dövlət peşə təhsil mərkəzində yeni tədris ili açılıb15.09.2025 - 16:30
Hüseyn Cavidin “Peyğəmbər” əsəri – bəşəri ideyaların poetik ifadəsi15.09.2025 - 16:26
Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub15.09.2025 - 16:25
İş yerini dəyişən müəllimlərin NƏZƏRİNƏ15.09.2025 - 16:15
Astara və Lerikdə yeni məktəb binaları istifadəyə verilib15.09.2025 - 16:15
"Hekayəti-xırs quldurbasan” – Axundzadənin satirasında mövhumat və gerilik15.09.2025 - 16:05
Abşeronda yeni məktəb binası istifadəyə verilib15.09.2025 - 16:00
Hansı ölkədə magistratura təhsili zəruridir? - ARAŞDIRMA15.09.2025 - 16:00
Hacıqabulda karate üzrə şəhər birinciliyi keçirilib15.09.2025 - 15:55
Azərbaycanın 10 milyonuncu sakini məktəb həyatına başlayıb15.09.2025 - 15:45
“Danabaş kəndinin əhvalatları” – kənd həyatının gülüş doğuran acı həqiqətləri15.09.2025 - 15:45
Naxçıvan Dövlət Universiteti 58 illik inkişaf yolunu uğurla davam etdirir15.09.2025 - 15:30