Təhsil 365 - Logo Mobile

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO

7723.06.2025 - 12:50
BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) ərazisində BDU ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı çərçivəsində elektromobillərin bərpaolunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsinin açılışı olub.

“Tehsil365” xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycanda yaşıl enerji, yaşıl iqtisadiyyat məsələlərinə dövlət səviyyəsində önəm verildiyini deyib. Rektor bildirib ki, ölkə ali təhsilinin flaqmanı olan BDU da yeni yanaşma ilə bu məsələdə öz töhfəsini verir. Bugünkü layihə həm Günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və təhsilalanları üçün təmiz ekoenerjidən istifadə imkanları yaradır.

Rektor diqqətə çatdırıb ki, “Clean-Charge” AC enerji doldurma stansiyası” adlı layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli, uğurlu əməkdaşlığının bir nümunəsi olmaqla yanaşı, BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi yolunda atdığı addımlardan biridir. BDU-da açılan EkoEnerji Məntəqəsi yaşıl enerjidən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurum üçün innovasiyayönümlü layihələrin dəstəklənməsinin prioritet olduğunu bildirib. O, KOBİA ilə BDU arasında imzalanan əməkdaşlıq memorandumunun uğurla icra olunduğunu qeyd edib. Agentlik sədri “Clean-Charge” AC enerjidoldurma stansiyasının yaradılması layihəsi üçün KOBİA tərəfindən 20 min manata yaxın qrant ayrıldığını vurğulayıb. Qeyd edilib ki, layihə universitetin əməkdaşları, tələbələr və sahibkarlar üçün faydalı olacaq.

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman müasir universitet quruculuğunda belə layihələrin həyata keçirilməsinin çox önəmli olduğunu diqqətə çatdırıb. O bildirib ki, ali təhsil sahəsində dövlət qurumları ilə yanaşı, özəl qurumların maliyyələşmə mexanizmlərinin də olması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə nazirlik elm və təhsil sahəsində cəmiyyət üçün faydalı layihələrə dəstəyi daha da artırmaq niyyətindədir. Nazirliyin şöbə müdiri yeni layihənin təhsil prosesinə inteqrasiya olunmasının vacib məqam olduğunu vurğulayıb.

Layihə rəhbəri - BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpaolunan enerji qaynaqlarından alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir: “Stansiyanın ümumi gücü 22 kilovat-saatdır. Layihənin məqsədi elektromobillərin sürətli və ekoloji təmiz elektrik enerjisi ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etməkdir".

Elektromobillərin tanınması və şarj texnologiyaları istiqamətində fəaliyyət göstərən bloger İlkin Mustafayev layihənin önəmini qeyd edib, bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən stansiyaların sayının çoxaldılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Sonra EkoEnerji Məntəqəsində elektromobilin şarj olunma prosesi iştirakçılara əyani nümayiş etdirilib.

Gülgəz Qasımzadə

Xəbər Lenti

Bu gün Həsən Seyidbəylinin vəfatından 45 il keçir 25.06.2025 - 07:50
TƏBİB auditi xidməti üçün açıq tender elan edib.25.06.2025 - 07:40
Bakı metrosunun hərəkət qrafikində dəyişiklik edilib 25.06.2025 - 07:30
Qarabağ Universitetində 1 000-dən çox tələbə təhsil alır25.06.2025 - 07:20
28 iyun tarixində Dövlət İmtahan Mərkəzi TOEFL iBT imtahanı keçiriləcək.25.06.2025 - 07:00
İyunun 29-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq 25.06.2025 - 06:50
Abşeronda 16 yaşlı qızı qaçıran axund vəzifəsindən xaric edilib25.06.2025 - 06:40
Bu gün təhsilverənlərin sertifikatlaşdırılmasının son günüdür 25.06.2025 - 06:30
NDU tarixində ən çox məzun verdiyi il bu ildir -FOTO 25.06.2025 - 06:20
ADNSU-da “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitabın sərgisi təşkil edilib25.06.2025 - 06:10
Azərbaycanlı alimlərin beynəlxalq simpoziumda məruzələri maraqla qarşılanıb - FOTO24.06.2025 - 17:38
İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU-nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb - FOTO24.06.2025 - 17:25
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” başa çatıb - FOTO24.06.2025 - 17:10
Millətlərarası dostluq evinin sədri Mərkəzi Elmi Kitabxanada olub - FOTO24.06.2025 - 16:59
Azərbaycan GEANT-ın Baş Assambleyasının iclasında təmsil olunub - FOTO24.06.2025 - 16:47
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları TNC25 konfransında iştirak ediblər - FOTO24.06.2025 - 16:35
ADPU-da ictimaiyyətlə əlaqələr: 6 ay ərzində 25 minədək müraciət cavablandırılıb - FOTO24.06.2025 - 16:22
Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri - seminar24.06.2025 - 16:11
Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib - FOTO24.06.2025 - 16:00
Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik24.06.2025 - 15:50
ADPU-da “Code for Future” layihəsinin bağlanış mərasimi keçirildi24.06.2025 - 15:40
Humanitar Kollecdə “Məzun günü” qeyd olundu – 219 tələbə təhsillərini başa vurdu24.06.2025 - 15:30
UNEC-də “Abituriyent aylığı” çərçivəsində ilk “Açıq qapı” günü keçirildi24.06.2025 - 15:20
AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib24.06.2025 - 15:10
63 yaşlı müəllimə sertifikatlaşdırma imtahanında könüllü iştirak edərək 58 bal topladı24.06.2025 - 15:00
MCEP 2025: 13 ölkədən tədqiqatçılar mühəndislik və memarlıq sahəsində elmi yenilikləri müzakirə etdilər24.06.2025 - 14:50
Taksi sürücüləri üçün növbəti imtahan iyulun 8-də keçiriləcək24.06.2025 - 14:40
Dövlət qulluğuna dair 148 vakant vəzifə üzrə daxili müsahibə elan edildi24.06.2025 - 14:30
Humanitar Kollecdə “Məzun günü” qeyd olundu – 219 tələbə təhsillərini başa vurdu24.06.2025 - 14:30
Respublika Fənn Olimpiadaları qalibləri mükafatlandırıldı24.06.2025 - 14:20
TKTA qismən akademik tanınma prosesinin müddətini 7 iyuladək uzadıb24.06.2025 - 14:10
Şəmkirli biologiya müəllimi sertifikatlaşdırma imtahanından 60 bal topladı24.06.2025 - 14:00
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq və ortaq layihələr müzakirə olunacaq24.06.2025 - 13:50
DİM dövlət qulluğuna qəbul imtahanı üçün qeydiyyata start verdi24.06.2025 - 13:40
Sertifikatlaşdırma imtahanının dördüncü günü: Biologiya və kimya müəllimləri iştirak edir24.06.2025 - 13:30
Məktəbəqədər təhsilin əhatə dairəsi hədəfdən geridə qalır – əsas maneələr açıqlanıb24.06.2025 - 13:20
İctimai Şura Masallı və Lənkəranda müəllim və şagirdlərlə görüş keçirdi24.06.2025 - 13:10
Qazax‑Tovuzda Kimya və Biologiya müəllimlərinin sertifikatlaşdırılması prosesi keçirilib - FOTO24.06.2025 - 13:00
Gəncə müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı24.06.2025 - 12:50
DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib - FOTO24.06.2025 - 12:40
Emin Əmrullayev: “İki ilə 6 universitetin dünya Top 1000-ə daxil olması atılan addımların effektivliyini göstərir”24.06.2025 - 12:30
Milli Kitabxanada sərgi açılıb24.06.2025 - 12:20
BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər” - FOTO24.06.2025 - 12:10
Rektor: Universitetimizin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans ən böyük tədbirimizdir24.06.2025 - 11:52
BSU-da Elmi Şura iclası keçirilib - FOTO24.06.2025 - 11:41
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir24.06.2025 - 11:30
Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTO24.06.2025 - 11:21
Nazir Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasından DANIŞDI24.06.2025 - 11:11