31 may 2025-ci il tarixində Məktəblilərarası Fənn Müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan olunub. VI və VII sinif şagirdləri arasında keçirilən bilik yarışında 4 qalib yüksək nəticələr göstərərək fərqlənib.
Bu barədə "Tehsil365"ə Lənkəran‑Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə qalib olan şagirdlər aşağıdakılardır:
Akif Tural oğlu Cavadov (Masallı şəhəri 3 nömrəli tam orta məktəb) — Informatika fənni üzrə II yer
Aidə Vahid qızı Ağayeva (Astara rayonu Vaqo kənd tam orta məktəb) — Biologiya fənni üzrə III yer
Zəhra Cəbrail qızı Süleymanlı (Cəlilabad rayonu Xanəgah kənd tam orta məktəb) — Təbiət fənni üzrə III yer
Eşqin Samir oğlu Səmədli (Masallı şəhəri “Dəfinə” texniki‑riyaziyyat təmayüllü lisey) — Kimya fənni üzrə III yer
Qeyd edək ki, müsabiqə şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşda üzə çıxarılması və onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Bu tədbir həmçinin şagirdlərin gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək verməyə xidmət edir.
Qalib şagirdlərimizi təbrik edir və onlara yeni uğurlar, böyük nailiyyətlər arzulayırıq!