Təhsil 365 - Logo Mobile

DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib - FOTO

5624.06.2025 - 12:40
DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib - FOTO

2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29 min 197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumilikdə 36 min 778 nəfər qeydiyyatdan keçib.

“Tehsil365” xəbər verir ki, bunu qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə ilə təşkil olunan mediaturda Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi mediaturda sektor müdiri Eltun Süleymanov bildirib.

“İmtahanlara iyunun 20-dən start verilib və avqust ayının ortalarına qədər davam edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə seçimi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesinin tərkib hissələrindən biridir. Qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunur. İmtahanlar təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, idman və jurnalistika olmaqla altı istiqamət üzrə keçirilir. Qabiliyyət imtahanlarının məzmunu açıqdır və hər bir komissiya üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib”.

DİM-in İmtahanların və idarəedilməsi departamentinin böyük məsləhətçisi Elşən Rəhimli isə bildirib ki, idman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir. Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdirilmiş məkanlarda aparılır: “Bu imtahanlarda Dövlət İmtahan Mərkəzinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müvafiq idman federasiyalarından peşəkar ekspertlər və “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər”.

E.Rəhimli qeyd edib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda hər gün imtahanlarda 240 abituriyentin iştirakı nəzərdə tutulub: “Dörd normativ üzrə imtahan götürülür. Bunlar yerindən tullanma, dartınma, 100 metrə qaçış və 1000 metrə qaçışdır. İmtahanın nəticələrini abituriyentlər səhəri gün elektron formada görürlər. Abituriyentlərə yerində imtahan nəticələri bildirilir və onlar normativlərə uyğun imtahan nəticələrini müəyyənləşdirə bilərlər. Abituriyentlər apellyasiyaya müraciət edə bilərlər. Biz imtahanın videogörüntüsünə baxırıq, yenidən hesablayırıq. Təkrar imtahan üzrə müraciətlərə baxılmır”.

Məlumata görə, idman istiqamətinə aid imtahanlarda iştirak etmək üçün 20 min 925 nəfər qeydiyyatdan keçib. İdman istiqaməti üzrə 61 (məşqçilik), 62 (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar mövcuddur. Ümumi və tam orta təhsil bazalarından orta ixtisas təhsil müəssisələrinə qəbul üçün isə müvafiq olaraq 152 (fiziki tərbiyə müəllimliyi) və 6401-ci (fiziki tərbiyə müəllimliyi) komissiyaları var. 62, 63, 6401 və 152-ci komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıqdan təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə isə balla qiymətləndirilir. 61-ci komissiyada, həmçinin bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıqdan ikinci isə ixtisasdan aparılır.

Xoreoqrafiya üzrə qabiliyyət imtahanları Bakıda 189-190 nömrəli tam orta məktəbdə keçirilir. DİM-in xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Günel Qulamov bildirib ki, xoreoqrafiya üzrə qabiliyyət imtahanlarında gün ərzində 70 abituriyent iştirak edir. O deyib: “İyunun 23-dən başlayan imtahanlar iyulun 7-dək davam edəcək. Buraxılış imtahanında minimal 30 bal toplayan abituriyentlər qabiliyyət imtahanına keçid haqqı qazanır. Abituriyentlər milli rəqs, modern rəqs, baletmeyster sahələri üzrə hazırladıqları rəqsləri təqdim edir, suallara cavab verib qiymət alırlar. Bu ixtisas üzrə qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. 6 bal və daha yuxarı nəticə göstərənlər imtahandan keçmiş sayılır. Abituriyentlər buraxılış imtahanından az bal yığsalar da, qabiliyyət imtahanı nəticələrindən 10 bal toplamaqla ali təhsil müəssisələrinin ödənişsiz pulsuz ixtisaslarına qəbul ola bilirlər”.

O qeyd edib ki, teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlara iyunun 23-də start verilib. Bu istiqamətə aid 18 komissiya üzrə 1649 nəfərin imtahan verməsi nəzərdə tutulur: “Musiqi sənəti istiqaməti üzrə imtahanlara iyulun 1-dən start veriləcək. Bu istiqamətdə 36 komissiya üzrə 3060 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək”.

Qeyd edək ki, abituriyentlər DİM-in qabiliyyət imtahanlarının tarixlərini öyrənə bilərlər. İmtahan tarixləri müəyyən olunduqca siyahı yenilənərək saytdakı qrafikə əlavə olunur. Abituriyentlər imtahandan 5 gün əvvəl qeydiyyatdan keçdikləri səhifədən imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Ali təhsilin bakalavriat səviyyəsi üzrə memarlıq, jurnalistika və islamşünaslıq ixtisasları üzrə keçiriləcək qabiliyyət imtahanlarına qeydiyyat həmin ixtisasların aid olduğu müvafiq qrupların 2-ci cəhd imtahanlarının nəticələri açıqlandıqdan sonra aparılacaq.

Elmina Muxtarlı

Xəbər Lenti

Azərbaycanda dörd günlük tətil başlayıb25.06.2025 - 20:10
Silahlı Qüvvələrin yaranmasından 107 il ötür25.06.2025 - 20:05
Bu gündən Məhərrəm ayı başlayıb25.06.2025 - 20:00
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO25.06.2025 - 19:56
BDU-nun Məzun Günü keçirilib - FOTO25.06.2025 - 17:37
Gələn həftədən məktəbli formaları ucuzlaşacaq25.06.2025 - 17:10
Qarabağ Universitetinin Klinikası tibb bacısı vəzifəsinə vakansiya elan edir25.06.2025 - 16:20
MEK-də “Sibir–Azərbaycan” elmi-mədəni əməkdaşlığı müzakirə olunub - FOTO 25.06.2025 - 15:35
Gənclər Kitabxanasında “Narkomaniya – insanlığa qarşı böyük bəla” mövzusunda bülleten hazırlanıb25.06.2025 - 15:25
Biomateriallar sahəsində aktual elmi problemlərin araşdırılması üzrə tədqiqat həyata keçirilib - FOTO 25.06.2025 - 15:15
Azərbaycan Ordusu: Müstəqilliyimizin və Suverenliyimizin təminatçısı 25.06.2025 - 15:00
Oxumağa dəyər 10 Kitab – Məktəblilər üçün tövsiyələr25.06.2025 - 14:50
Azərbaycanda Dənizçilər Günü qeyd olunur25.06.2025 - 14:40
Milli Kitabxanada Silahlı Qüvvələr Günü münasibətilə sərgi təşkil olunub25.06.2025 - 14:30
Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub - FOTO 25.06.2025 - 14:20
"Qalib Azərbaycan” mövzusunda sərgi təşkil olunub - FOTO 25.06.2025 - 14:10
Kənan Kərimzadə: “Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil”25.06.2025 - 14:00
"Elm və təhsil obyektivdə" müsabiqəsinin qeydiyyat müddəti uzadıldı25.06.2025 - 13:45
“Qərbi Azərbaycana qayıdış” olimpiadasında qaliblər təltif olundu - FOTO 25.06.2025 - 13:35
İdman tibbi və reabilitasiya ixtisası üzrə bakalavr qəbuluna başlanılıb25.06.2025 - 13:25
“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib - FOTO25.06.2025 - 13:11
Bu dəfə sayt rəhbərləri və ATİAHİ-nin nümayəndələri sertifikatlaşdırma prosesini izlədilər - FOTO25.06.2025 - 13:00
Basketbol üzrə respublika birinciliyi keçirilib25.06.2025 - 12:50
ADNSU-da Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO25.06.2025 - 12:40
Əlyazmalar İnstitutunda elmi sessiya: “Cavad Heyət və türk kimliyinin elmi zəfəri” - FOTO25.06.2025 - 12:30
Mərkəzi Elmi Kitabxananın altı ay ərzində elmi-informativ fəaliyyəti müzakirə edilib - FOTO25.06.2025 - 12:20
Dillər Universitetində Çinin “Səmaya ehtiram günü” qeyd olunub25.06.2025 - 12:10
Görkəmli heykəltaraş Ömər Eldarov haqqında monoqrafiya nəşr edilib25.06.2025 - 11:50
Tanınmış ədəbiyyatşünas-alimin "Türk xalqları ədəbiyyatı" kitabı çap olunub25.06.2025 - 11:40
Paytaxt üzrə 1550 fizika və informatika müəllimi sertifikatlaşdırma prosesinə dəvət olunub - FOTO25.06.2025 - 11:30
Şəmkir rayonunda təhsilverənlərin etik davranış qaydaları mövzusunda görüşlər keçirilib25.06.2025 - 11:20
Beyləqanda sertifikasiya imtahanında ən yüksək nəticə qeydə alınıb25.06.2025 - 11:10
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma davam edir – fizika müəllimi Ruhiyyə Əliyeva 60 bal toplayıb25.06.2025 - 11:00
Taksi və yükdaşıma sürücüləri üçün imtahan iyunun 30-da keçiriləcək – 1573 namizəd qeydiyyatdan keçib25.06.2025 - 10:50
1167 Məhkum Peşə Təhsilinə Cəlb Olunub – Cəzaçəkmə Müəssisələrində Tədris Qrupları Artırılıb25.06.2025 - 10:40
Cəzaçəkmə Müəssisələrində Peşə Təhsili İnkişaf Etdiriləcək – Yeni Tədris İnfrastrukturunun Qurulması Nəzərdə Tutulur25.06.2025 - 10:30
Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanları İyulun 6-da Keçiriləcək – Abituriyentlər Buraxılış Vərəqələrini Çap Edə Bilərlər25.06.2025 - 10:20
Təhsilverənlərin Sertifikatlaşdırılması Prosesi Bu Gün Başa Çatır – Naxçıvanda Fizika və İnformatika Müəllimləri İmtahanda İştirak Edib25.06.2025 - 10:10
Beynəlxalq STEAM Azərbaycan Festivalına Qeydiyyat Başladı – Yüzlərlə Gənc Texnologiya və Yaradıcılıqda Birləşəcək25.06.2025 - 10:00
Bayram Günlərində Hava Yağmursuz Keçəcək – Temperatur 34 Dərəcəyə Qədər Yüksələcək25.06.2025 - 09:50
Dövlət Proqramı üzrə Müsahibə Mərhələsinə Start Verildi – Namizədlərə Yeni Qaydalar Açıqlanıb25.06.2025 - 09:40
Turan Topalova: "Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb"25.06.2025 - 09:30
ABŞ Nümayəndələr Palatası işçilərinin "WhatsApp" tətbiqinin istifadəsi qadağan olundu25.06.2025 - 09:20
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu mərhələsi başa çatıb25.06.2025 - 09:10
DİM Azərbaycan dili fənni üzrə növbəti test imtahanını keçiriləcək25.06.2025 - 09:00
Əziz Ələkbərli:"Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır”25.06.2025 - 08:50
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir25.06.2025 - 08:40
2022–2028-ci illər üçün Dövlət Proqramı”na 1147 namizəd müraciət edib25.06.2025 - 08:30