Təhsil 365 - Logo Mobile

MCEP 2025: 13 ölkədən tədqiqatçılar mühəndislik və memarlıq sahəsində elmi yenilikləri müzakirə etdilər

6724.06.2025 - 14:50
MCEP 2025: 13 ölkədən tədqiqatçılar mühəndislik və memarlıq sahəsində elmi yenilikləri müzakirə etdilər

İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

“Tehsil365” xəbər verir ki, konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Tədbir inşaat və memarlıq sahəsində aktual problemlərin elmi əsaslarla müzakirəsinə, yeni yanaşmaların təqdimatına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edib.

Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin 50 illik fəaliyyətinin tarixinə qısa nəzər salıb. Bildirib ki, AzMİU Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə, məhz onun təşəbbüsü ilə yaradılıb. O dövrdə universitet Qafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk və yeganə ali təhsil müəssisəsi olub.

Rektor 50 il ərzində əldə olunan nailiyyətlərdən söz açaraq bildirib ki, universitetin məzunları bu gün Azərbaycanın memarlıq, inşaat, hidrotexniki tikinti, nəqliyyat, informasiya texnologiyaları və iqtisadiyyat sahələrində uğurla fəaliyyət göstərir və bu sahələrdə aparıcı mövqelərə sahibdirlər. Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə də fəal şəkildə cəlb olunublar.

Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işlərə toxunaraq vurğulayıb ki, bu gün elmə verilən əsas tələblərdən biri beynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiya olunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizi beynəlxalq miqyasda tanıtmaq mümkündür. Bu sahədə AzMİU-da son illər ərzində ciddi irəliləyişlər əldə olunub.

Rektorun sözlərinə, görə beynəlxalq elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi hazırda xarici tərəfdaş universitetlərlə əməkdaşlığın əsas istiqamətini təşkil edir. Bu konfrans həmin əlaqələrin inkişafına mühüm töhfə verəcək, AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlı müzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Konfransda çıxış edən İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu təmsil etdiyi ali təhsil müəssisəsi ilə AzMİU arasında qurulan sağlam əməkdaşlığa diqqət çəkib. Professor konfransın bu əməkdaşlığın nəticəsi olaraq təşkil edildiyini və elm aləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini söyləyib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxışında bu cür tədbirlərin inşaat sahəsində çalışan mütəxəssislər üçün effektiv təcrübə və məlumat mübadiləsi platforması olduğunu deyib. O, bu formatda keçirilən görüşlərin tikinti sahəsinin aktual problemlərinin araşdırılması və həll yollarının tapılması baxımından xüsusi önəm kəsb etdiyini söyləyib.

North Universitetinin professoru Jelko Kos da çıxış edərək konfransın əhəmiyyətindən söhbət açıb. Onun sözlərinə görə, bu cür görüşlər qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə də bilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verir.

Sonra konfransın plenar sessiyasında rektor professor Gülçöhrə Məmmədova “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında” adlı təqdimatla çıxış edib. Rektor Qərbi Azərbaycan ərazisində – xüsusilə İrəvan şəhərində mədəni və memarlıq irsinin dağıdılmasından danışıb.

Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu.

“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideoloji yönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb.

Sonra Münxen Helmholtz Mərkəzi İnstitutunun professoru, AzMİU rektorunun müşaviri Məsud Əfəndiyevin “Sənayedə kimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlunun “Stres analizi üçün güclü üsul: fotoelastiklik metodu – İstanbul Texniki Universitetinin Eksperimental mexanika laboratoriyasindan bəzi nümunələr” mövzusunda təqdimatları keçirilib.

Konfrans çərçivəsində universitetin müxtəlif auditoriyalarında paralel bölmə iclasları keçirilib. Müzakirələr memarlıq və şəhərsalmadan tutmuş inşaat konstruksiyaları və texnologiyalarına, tətbiqi riyaziyyat və mexanikadan geotexnika, nəqliyyat və hidrotexniki qurğuların tikintisinə, eləcə də materialşünaslıq, infrastruktur sistemləri, iqtisadiyyat və idarəetmə sahələrinə qədər geniş spektri əhatə edib.

İki gün ərzində keçiriləcək iclaslarda ümumilikdə 13 ölkədən 194 elmi məruzə dinləniləcək. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus olacaq. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan təmsil olunub.

Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, ağıllı şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzulara elmi yanaşmalar irəli sürülüb.

MCEP 2025 konfransı mühəndislik və memarlıq sahəsində biliklərin inteqrasiyası, elmi ideyaların real layihələrə çevrilməsi və beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsi baxımından yüksək dəyərləndirilib.



Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb27.06.2025 - 06:35
Azərbaycanda zəlzələ olub27.06.2025 - 06:23
BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır27.06.2025 - 06:10
Bu gün hava necə olacaq?27.06.2025 - 05:59
BSU-nun Məzun  Günü tədbiri keçirilib26.06.2025 - 14:20
Şəhid Aslan Rzayevin xatirəsi “Şəhidin səsi”ndə yad ediləcək26.06.2025 - 14:10
Türkiyənin Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəsmisi azərbaycanlı tələbələrlə görüş keçirib - FOTO 26.06.2025 - 14:00
UNEC-də Dizayn təhsilində yeni mərhələ: Layihə əsaslı öyrənməyə keçid - FOTO 26.06.2025 - 13:50
“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirilib - FOTO 26.06.2025 - 13:40
Azərbaycan universitetlərinin nümayəndələri İbn Tofail Universitetində rəsmi səfərdə olub - FOTO 26.06.2025 - 13:30
Könüllülük proqramı çərçivəsində fərqlənən gənclər təltif olunub - FOTO 26.06.2025 - 13:20
ADPU-nun 3-cü kurs tələbəsi vəfat edib26.06.2025 - 13:10
BMU-da təntənəli “Məzun günü” keçirilib26.06.2025 - 08:50
İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb26.06.2025 - 08:40
Lənkəran Dövlət Universitetində məzun günü təntənəli şəkildə qeyd olunub26.06.2025 - 08:30
UNEC-də “Layihə Əsaslı Öyrənmə”yə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib26.06.2025 - 08:20
Alyona Əliyeva Silahlı Qüvvələr Günü ilə əlaqədar paylaşım edib26.06.2025 - 08:10
BDU Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə paylaşım edib 26.06.2025 - 07:30
7 müəllimin sertifikatlaşdırma imtahanının nəticəsi ləğv ediləcək 26.06.2025 - 07:17
I qrupun LİDERİ informasiya təhlükəsizliyi ixtisasını seçdi26.06.2025 - 07:05
Azərbaycanda yeniyetmə kanalda batıb26.06.2025 - 06:50
Qarabağ Universiteti Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə paylaşım edib -FOTO 26.06.2025 - 06:40
Azərbaycanda tanınmış həkim vəfat edib26.06.2025 - 06:20
Vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO26.06.2025 - 06:10
26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür - FOTO26.06.2025 - 05:59
Azərbaycanda dörd günlük tətil başlayıb25.06.2025 - 20:10
Silahlı Qüvvələrin yaranmasından 107 il ötür25.06.2025 - 20:05
Bu gündən Məhərrəm ayı başlayıb25.06.2025 - 20:00
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO25.06.2025 - 19:56
BDU-nun Məzun Günü keçirilib - FOTO25.06.2025 - 17:37
Gələn həftədən məktəbli formaları ucuzlaşacaq25.06.2025 - 17:10
Qarabağ Universitetinin Klinikası tibb bacısı vəzifəsinə vakansiya elan edir25.06.2025 - 16:20
MEK-də “Sibir–Azərbaycan” elmi-mədəni əməkdaşlığı müzakirə olunub - FOTO 25.06.2025 - 15:35
Gənclər Kitabxanasında “Narkomaniya – insanlığa qarşı böyük bəla” mövzusunda bülleten hazırlanıb25.06.2025 - 15:25
Biomateriallar sahəsində aktual elmi problemlərin araşdırılması üzrə tədqiqat həyata keçirilib - FOTO 25.06.2025 - 15:15
Azərbaycan Ordusu: Müstəqilliyimizin və Suverenliyimizin təminatçısı 25.06.2025 - 15:00
Oxumağa dəyər 10 Kitab – Məktəblilər üçün tövsiyələr25.06.2025 - 14:50
Azərbaycanda Dənizçilər Günü qeyd olunur25.06.2025 - 14:40
Milli Kitabxanada Silahlı Qüvvələr Günü münasibətilə sərgi təşkil olunub25.06.2025 - 14:30
Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub - FOTO 25.06.2025 - 14:20
"Qalib Azərbaycan” mövzusunda sərgi təşkil olunub - FOTO 25.06.2025 - 14:10
Kənan Kərimzadə: “Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil”25.06.2025 - 14:00
"Elm və təhsil obyektivdə" müsabiqəsinin qeydiyyat müddəti uzadıldı25.06.2025 - 13:45
“Qərbi Azərbaycana qayıdış” olimpiadasında qaliblər təltif olundu - FOTO 25.06.2025 - 13:35
İdman tibbi və reabilitasiya ixtisası üzrə bakalavr qəbuluna başlanılıb25.06.2025 - 13:25
“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib - FOTO25.06.2025 - 13:11
Bu dəfə sayt rəhbərləri və ATİAHİ-nin nümayəndələri sertifikatlaşdırma prosesini izlədilər - FOTO25.06.2025 - 13:00
Basketbol üzrə respublika birinciliyi keçirilib25.06.2025 - 12:50