AzTU-nun son illər beynəlxalq reytinqlərdə uğurla irəliləməsini və bu uğurlarda AzTU əməkdaşlarının, eləcə də tələbə, müəllim və məzunların rolunu xüsusi vurğulayıb.
“Tehsil365” Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzTU-nun fəxri məzunu, millət vəkili Zahid Oruc, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzinin Təlim və inkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayev AzTU məzunlarını təbrik ediblər. Çıxış edənlər məzunlara uğurlar arzulayaraq Azərbaycanın əmək bazarında layiqli yerləri tutmağı, xaricdə ölkəni layiqincə təmsil etməyi tövsiyə ediblər.
Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəfəqiyyət göstəricisi ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.
“Məzun Günü-2025” tədbiri konsert proqramı ilə davam edib.