Təhsil 365 - Logo Mobile

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO

8925.06.2025 - 07:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO

İyunun 24-də Naxçıvan Dövlət Universitetinin (NDU) sayca 55-ci “Məzun günü” keçirilib.

“Tehsil365” xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə universitetin rəhbər və akademik heyəti, fəxri məzunlar, ziyalılar, ictimai şəxslər, tələbələr və valideynlər olmaqla dörd mindən artıq şəxs iştirak edib. Tədbir tanınmış teleaparıcı Abbasağa Əlizadənin təqdimatında “Bizik sabahın səsi” adlı musiqi nömrəsi sədasında universitetin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Sonra musiqi sədaları altında təntənəli məzun keçidi ilə davam edib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib, sabahımız olan gənclərin əsas prioritetlərdən biri olaraq xüsusi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Məzunları təbrik edən rektor Elbrus İsayev deyib: “Yarım əsr yaşı olan Naxçıvan Dövlət Universiteti zəngin inkişaf yolu keçib. 1967-ci ildə cəmi 3 ştatda olan müəllim, 3 ixtisas, 102 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə ölkədə yeganə kampuslu universitet olub 108 hektarlıq ərazidə 10 fakültə, 45 kafedra, 524 nəfərlik professor-müəllim heyəti,12 minə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərir. NDU nəzdində 3 kollec, 1 Beynəlxalq Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya, 2 tədqiqat institutu, 1 rəsədxana var. Müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi Muxtar Respublikada yeganə universitet olaraq 4 istiqamətdə 250-ə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Universitetin inkişaf strategiyasında elmin inkişafını dəstəkləyən hədəflər müəyyənləşdirilib, Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar açılıb, beynəlxalq əməkdaşlıqlar gücləndirilib”.

Rektor Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətləri çərçivəsində ikili diplom layihələri icra edilir, tədrisə, tədqiqata cəlb edilən əcnəbi professor sayı davamlı artır və birgə elmi tədqiqatlar həyata keçirilir. Universitetdə tələbəyönümlü təhsil sistemi tətbiq edilir, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələr qurulur, 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə ilə ölkə universitetləri arasında ön sırada qərarlaşır.

Naxçıvan Dövlət Universitetinin tələbələrinin təhsil göstəriciləri ilə yanaşı, elmi fəaliyyətləri, startap təşəbbüsləri, könüllülük və ictimai fəallıqları ilə də fərqləndiyini qeyd edən rektor, onların beynəlxalq konfranslarda, tələbə təşkilatlarında, sosial layihələrdə qazandıqları uğurlardan söz açıb. Elbrus İsayev qeyd edib ki, 2025-ci il NDU nəzdində olan təhsil müəssisələri ilə birgə ümumilikdə 2313 nəfər məzun təhsilini uğurla başa vurur. Ötən illə müqayisədə 5% artım olub və NDU tarixində təhsil ocağının ən çox məzun verdiyi il olaraq tarixə düşür. Eyni zamanda, son 5 ilin göstəricilərinin təhlilinə əsasən, universitet məzunlarının 73%-i əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışır. Tələbələrin qazandığı uğurların universitetin inkişaf strategiyasının ən böyük göstəricisi olduğunu qeyd edən rektor məzunlara yüksəkixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar olmağı arzu edib.

Ardınca NDU nəzdindəki Musiqi Kollecinin təqdimatında “Atəşgah” adlı rəqs nömrəsi nümayiş olunub. NDU-nun “ALABANDA” rok qrupunun ifası səsləndikdən sonra, təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, “Məzun kötüyünə” xatirə lövhəsi vurulub.

Tədbirdə Bakıdan dəvət olunmuş “Mardan” qrupunun ifasında rəngarəng musiqi nömrələri dinlənilib.

Sonda məzunların papaq atma mərasimi və möhtəşəm atəşfəşanlıq baş tutub.

“Məzun günü” münasibətilə yaddaqalan tədbir proqramı təqdim olunub.

Ramidə Əliyeva

Xəbər Lenti

Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25