Təhsil 365 - Logo Mobile

Bu dəfə sayt rəhbərləri və ATİAHİ-nin nümayəndələri sertifikatlaşdırma prosesini izlədilər - FOTO

5625.06.2025 - 13:00
Bu dəfə sayt rəhbərləri və ATİAHİ-nin nümayəndələri sertifikatlaşdırma prosesini izlədilər - FOTO

İyunun 25-də ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesini izləmək məqsədilə bir sıra sayt rəhbərləri və blogerlər üçün infotur təşkil olunub.

“Tehsil365” xəbər verir ki, infoturda həmçinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev, şöbə müdiri Elnur Sadıqov iştirak ediblər.

İnfotur iştirakçıları imtahan prosesini yerində izləyərək şəffaflığın və obyektivliyin təmin olunmasının şahidi olublar. 

Sonra tədbir iştirakçıları üçün "dəyirmi masa" keçirilib. Tədbiri  Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə  əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev açaraq növbəti dəfə belə bir infoturun keçirilməsində əsas məqsədin   imtahan prosesinin təşkili və keçirilməsi mərhələlərində şəffaflıq və obyektivliyin təmin olunması ilə bağlı media rəhbərlərinə, blogerlərə birbaşa müşahidə imkanı yaratmaq olduğunu bildirib.

Sertifikatlaşdırmanın həm müəllimin inkişafında, eyni zamanda keyfiyyətli təhsil mühitinin formalaşmasında əhəmiyyətli rolunu xüsusi vurğulayan şöbə müdiri onu da bildirib ki, adıçəkilən proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir: "Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. 

Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir. Bu həm də ölkəmizin “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən  biridir. Və təhsil sistemi olaraq biz tədricən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapan hədəflərə çatırıq. Artıq valideynlər də övladlarına peşəkar, yüksək bilik və bacarığa malik, sertifikasiyadan uğurlu nəticə əldə edən müəllimlərin dərs deməsində maraqlıdırlar.İctimaiyyət tərəfindən də müəllimlərin sertifikatlaşdırma prosesi rəğbətlə qarşılanmaqdadır. Və bu müsbət bir haldır”. 

Səbuhi Rzayev daha sonra qeyd edib ki, sertifaktlaşdırma nəticəsində həm müəllimin davamlı peşəkar inkişafı təmin olunur, öz işinə peşəkarlıqla yanaşan, ixtisası üzrə yüksək bilik nümayiş etdirən müəllimlərin əməkhaqlarında artımlar edilir ki, bu da müəllim əməyinin stimullaşdırılmasında önəmli rol oynayır. 
İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev çıxış edərək sertifikatlaşdırma prosesinin məqsədi, əhəmiyyəti və mərhələləri barədə iştirakçıları məlumatlandırıb. Son zamanlar hamını maraqlandıran imtahan suallarının tərtibi ilə bağlı sualı da cavablandıran şöbə müdiri bildirib ki, bütün müəllimlərə eyni suallar təqdim olunur və onlar yalnız məktəb proqramı əsasında peşəkar mütəxəssislər tərəfindən hazırlanır. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.

2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində isə 31 853 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 9 020 (44,64%) təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 (55,33%) təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.

Bu il keçirilən sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edirlər. 
Ümumilikdə 2025-ci il üçün təşkil olunan sertifikatlaşdırma prosesinə  21 000-ə yaxın təhsilverən  qatılıb.  

Nurlan İsmayılbəyli imtahanların ölkə üzrə vahid sistem vasitəsilə izlənildiyi söyləyərək tədbir iştirakçılarını bu sistem barədə də məlumat verib. Qeyd olunub ki, sistem müasir texnoloji infrastrukturla təmin edilib ki, bu da ədalətli, şəffaf və etibarlı imtahan mühitinin yaradılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır. Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır.

Nurlan İsmayılbəyli qeyd edib ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərə bir il iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesindəki nəticələri nəzərə alınaraq uğur qazanmayan müəllimlərə uyğun proqram tərtib edilir və sözügedən müəllimlər həmin təlimlərə cəlb olunurlar. 

“Dəyirmi masa”da sertifikasiyadan keçməyən müəllimlərlə bağlı məsələyə də toxunulub. Media nümayəndələrini belə müəllimlərin məşğulluğu ilə bağlı sualına cavab olaraq qeyd olunub ki, indiyə qədər 1200 belə təhsilverən işlə təmin edilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev sertifikatlaşdırmanın önəmindən söz açaraq bu cür obyektiv və şəffaf qiymətləndirmə mexanizminin müəllimlərin bilik və bacarıqlarının daim yenilənməsinə xidmət etdiyini söyləyib: "Prosesi yaxından izləmək üçün ictimaiyyət nümayəndələrinin dəvət olunması təqdirəlayiqdir. Bu, təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addımdır”.

Sədr müavini ATİAHİ Respublika Komitəsinin Elm və Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığını da diqqətə çatdıraraq, birlikdə həyata keçirilən layihələrdən söz açıb.  

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da media nümayəndələrini maraqlandıran təhsillə bağlı digər məsələlər də geniş müzakirə olunub. 

Aydan Ələkbərova

Xəbər Lenti

Dərin okeanlarda yeni canlı növü tapıldı22.08.2025 - 18:00
ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub22.08.2025 - 17:55
Qida mühəndisliyi və aqrar sahədə beynəlxalq proqramlar22.08.2025 - 17:54
Beyin-kompüter interfeysi inkişaf edir22.08.2025 - 17:53
Kosmosda oksigen istehsalı üçün yeni üsul tapıldı22.08.2025 - 17:48
IV kursu Koreyada oxuyacaq BMU-İNHA İDP-nin 114 tələbəsi İnçon şəhərindədir22.08.2025 - 17:45
Dənizkənarı ölkələrdə okeanoqrafiya və ətraf mühit elmləri üzrə təhsil22.08.2025 - 17:38
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq22.08.2025 - 17:33
Yeni kəşf: Qara dəliklərin içində nə baş verir?22.08.2025 - 17:32
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb22.08.2025 - 17:30
U-20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş millimiz vətənə döndü22.08.2025 - 17:27
Ayxan Cavadov dünya çempionu oldu22.08.2025 - 17:23
Robotlar artıq duyğuları oxuya bilir22.08.2025 - 17:20
Lənkəran-Astara bölgəsində məktəbəqədər təhsildə 1626 boş yer 22.08.2025 - 17:16
Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar22.08.2025 - 17:15
Gəncəli güləşçi Vasif Bağırov dünya çempionatında bürünc medal qazanıb22.08.2025 - 17:08
Süni zəka ilə yaradılan yeni dərman kəşfi22.08.2025 - 17:07
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə gənclər evində “Vulkan” inklüziv yarışı keçirilib22.08.2025 - 17:02
Rəqəmsal dövrdə yeni peşə ixtisaslarına tələbat22.08.2025 - 17:00
Lerikdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa keçirilib22.08.2025 - 16:59
Sosial elmlər və beynəlxalq münasibətlər ixtisasının xaricdə oxumağın faydaları22.08.2025 - 16:56
Beyin dalğaları öyrənmə sürətini proqnozlaşdıra bilər22.08.2025 - 16:52
Dizayn və memarlıq ixtisaslarının Avropada tədris modelləri22.08.2025 - 16:50
Şəki-Zaqatala regional təhsil idarəsi məktəbəqədər müəssisələrə qəbul elan edir22.08.2025 - 16:43
Gen terapiyası irsi xəstəliklərin müalicəsini dəyişir22.08.2025 - 16:35
Elmi tədqiqatların iqtisadi inkişafdakı əhəmiyyəti22.08.2025 - 16:30
Müsahibə mərhələsinin üçüncü günü keçirilib22.08.2025 - 16:28
Yuxusuzluq yaddaş gücünü azaldır22.08.2025 - 16:20
Kino, teatr və rəqəmsal media üzrə xaricdə təhsil proqramları22.08.2025 - 16:14
Lənkəran-Astara məktəbəqədər boş yerlər 22.08.2025 - 16:13
İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tələbə yataqxanası istifadəyə verilib22.08.2025 - 16:13
Kulinariya sənəti və otelçilik sahəsində Avropa universitetlərinin üstünlükləri22.08.2025 - 16:08
Marsda suyun izlərinə dair yeni kəşf22.08.2025 - 16:07
Süni intellekt təhsildə fərdi yanaşmanı gücləndirir22.08.2025 - 16:00
Ali təhsildə beynəlxalq əməkdaşlığın perspektivləri22.08.2025 - 15:54
Gürcüstanda məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək22.08.2025 - 15:52
Almaniyada müəllim heyəti gücləndirilir22.08.2025 - 15:37
Almaniyada 110 məktəb müasir təhsil infrastrukturuna sahib olacaq22.08.2025 - 15:22
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I beynəlxalq elmi konfransı keçiriləcək22.08.2025 - 15:20
Rusiyada yeni ana olan qadın tələbələrə təhsil dəstəyi22.08.2025 - 15:07
İdman menecmenti və bədən tərbiyəsi üzrə beynəlxalq təcrübə22.08.2025 - 15:00
İxtisas seçimi üzrə statistika 22.08.2025 - 14:54
Sibirya Dövlət Tibb Universitetində Multidisipliner təlim22.08.2025 - 14:52
Naxçıvan Dövlət Universitetinin 11 tələbəsi beynəlxalq təqaüd proqramına qəbul olunub22.08.2025 - 14:40
LPR məktəblərində süni intellektlə fərdi təlim22.08.2025 - 14:36
Yekaterinburqda vətənpərvərlik təhsili üzrə kurslar başladı22.08.2025 - 14:21
Qazax-Tovuz regional təhsil idarəsi vakant vəzifələr üzrə işə qəbul elan edib22.08.2025 - 14:15
ABŞ-da TRIO proqramları: Aztəminatlı şagirdlər üçün təhsil dəstəyi təhlükədə22.08.2025 - 14:06