Təhsil 365 - Logo Mobile

Kənan Kərimzadə: “Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil”

8025.06.2025 - 14:00
Kənan Kərimzadə: “Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil”

“Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil. Sadaladığım dəyərlər sırasında eyni zamanda dürüstlük, məsuliyyət, vətənə sevgi və vətəndaşlıq şüuru da ən azı bilik qədər vacibdir”.


“Tehsil365” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” tədbirində çıxışı zamanı səsləndirib.

Nazir müavini bildirib ki, ötən 100 ildən artıq dövrdə BDU yalnız elm, təhsil və tədqiqat müəssisəsi olmaqla kifayətlənməyib, eyni zamanda, xalqımızın intellektual inkişafında, onun milli kimliyinin formalaşmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb: "Atalar sözlərinin birində deyilir ki, əgər bir il nəticə görmək istəyirsinizsə, buğda əkin. Əgər on il nəticə görmək istəyirsinizsə, ağac əkin. Əgər yüz il nəticə görmək istəyirsinizsə, o zaman insan yetişdirin". Bakı Dövlət Universiteti yüz ildən artıqdır ki, şərəf və qürurla bu müqəddəs missiyanın – insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir.

Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universiteti haqqında dediyi kimi: “Bu universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur”. Bir əsrdən çox tarixi ərzində bu universitet çox sayda alim, hüquqşünas, müəllim, neçə-neçə ictimai-siyasi, dövlət xadimi yetişdirmişdir”. Kənan Kərimzadə qeyd edib ki, bu gün Azərbaycanda ali təhsil sisteminin inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində ali təhsilin maddi-texniki bazası gücləndirilib, tədrisə müasir texnologiyalar daxil edilib: “Əlbəttə, 25 000 nəfərdən artıq tələbəsi olan təhsil müəssisəsinin flaqman universitet statusunu qoruması, keyfiyyətli təhsilin təşkili, özünəməxsus sosial mühitin yaradılmasına ölkəmizdə elm və ali təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılması da xüsusi şərait yaratmışdır. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, ali təhsilin əlçatanlığının təmin olunması istiqamətində 2025–2026-cı tədris ilindən etibarən rekord sayda – 75 000 şəxs tələbə adını qazanacaq”. O,qeyd edib ki, Azərbaycan universitetləri artıq beynəlxalq reytinqlərdə də tanınmağa başlayıb. Bakı Dövlət Universitetinin QS 2026 dünya universitetləri siyahısında 688-ci yerdə qərarlaşmasını bu sahədə böyük nailiyyət kimi dəyərləndirib. Nazir müavini bu nəticənin həm Azərbaycanda, həm də Cənubi Qafqaz regionunda ən yüksək göstərici olduğunu vurğulayıb.

Kənan Kərimzadə çıxışında həmçinin universitetin professor-müəllim heyətinə, valideynlərə təşəkkürünü bildirib. Bütün məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb: “Ümid edirəm ki, harada olmağınızdan asılı olmayaraq, bilik və bacarığınızla bu müqəddəs ali təhsil ocağının adını daim uca tutacaqsınız, onu uğurlarınızla təmsil edəcəksiniz və yeni nəsillər üçün ilham mənbəyinə çevriləcəksiniz.

Bu gün məzun olan altı mindən çox tələbə Bakı Dövlət Universitetinin keçdiyi yüz ildən artıq yolun davamçıları olaraq universitetin tarixində xüsusi bir yerə sahibsiniz. Bu gündən sonra sizə veriləcək diplom sadəcə bir sənəd deyil. Bu sizin əzminizin, zəhmətinizin nəticəsi olmaqla yanaşı, həm də bir məsuliyyət və öhdəlikdir. Bu, ölkəmizin sabahı naminə sizə bəslənən inamın və ümidin rəmzidir.Qarşınızda çoxlu sayda imkanlar var və əminəm ki, daha böyük imkanlar olacaq. Amma bu imkanlarla yanaşı, yenə qeyd edirəm ki, böyük məsuliyyətiniz və öhdəliyiniz var”, - deyə nazir müavini qeyd edib.



Gülgəz Qasımzadə

Xəbər Lenti

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər -FOTO 28.06.2025 - 07:10
Qəbələdə azyaşlı qız əməliyyatdan sonra vəfat edib 28.06.2025 - 07:00
BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub28.06.2025 - 06:45
Bu gün hava necə olacaq?28.06.2025 - 06:35
Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi28.06.2025 - 06:25
Bu gün Barat Şəkinskayanın anadan olmasından 111 il ötür28.06.2025 - 06:15
Bu gün görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür28.06.2025 - 06:05
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi27.06.2025 - 14:10
Lənkəran Dövlət Universitetinin kollektivi yay gəzintisinə çıxıb - FOTO27.06.2025 - 11:23
Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı - FOTO27.06.2025 - 11:02
Maqnit qasırğası başlayıb27.06.2025 - 10:46
Şəki-Zaqatala bölgəsində 745 məzun fərqlənmə attestatı alıb27.06.2025 - 10:35
“Bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır” – Kamran Əsədov27.06.2025 - 08:50
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib27.06.2025 - 08:11
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib27.06.2025 - 07:40
Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb27.06.2025 - 06:35
Azərbaycanda zəlzələ olub27.06.2025 - 06:23
BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır27.06.2025 - 06:10
Bu gün hava necə olacaq?27.06.2025 - 05:59
BSU-nun Məzun  Günü tədbiri keçirilib26.06.2025 - 14:20
Şəhid Aslan Rzayevin xatirəsi “Şəhidin səsi”ndə yad ediləcək26.06.2025 - 14:10
Türkiyənin Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəsmisi azərbaycanlı tələbələrlə görüş keçirib - FOTO 26.06.2025 - 14:00
UNEC-də Dizayn təhsilində yeni mərhələ: Layihə əsaslı öyrənməyə keçid - FOTO 26.06.2025 - 13:50
“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirilib - FOTO 26.06.2025 - 13:40
Azərbaycan universitetlərinin nümayəndələri İbn Tofail Universitetində rəsmi səfərdə olub - FOTO 26.06.2025 - 13:30
Könüllülük proqramı çərçivəsində fərqlənən gənclər təltif olunub - FOTO 26.06.2025 - 13:20
ADPU-nun 3-cü kurs tələbəsi vəfat edib26.06.2025 - 13:10
BMU-da təntənəli “Məzun günü” keçirilib26.06.2025 - 08:50
İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb26.06.2025 - 08:40
Lənkəran Dövlət Universitetində məzun günü təntənəli şəkildə qeyd olunub26.06.2025 - 08:30
UNEC-də “Layihə Əsaslı Öyrənmə”yə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib26.06.2025 - 08:20
Alyona Əliyeva Silahlı Qüvvələr Günü ilə əlaqədar paylaşım edib26.06.2025 - 08:10
BDU Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə paylaşım edib 26.06.2025 - 07:30
7 müəllimin sertifikatlaşdırma imtahanının nəticəsi ləğv ediləcək 26.06.2025 - 07:17
I qrupun LİDERİ informasiya təhlükəsizliyi ixtisasını seçdi26.06.2025 - 07:05
Azərbaycanda yeniyetmə kanalda batıb26.06.2025 - 06:50
Qarabağ Universiteti Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə paylaşım edib -FOTO 26.06.2025 - 06:40
Azərbaycanda tanınmış həkim vəfat edib26.06.2025 - 06:20
Vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO26.06.2025 - 06:10
26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür - FOTO26.06.2025 - 05:59
Azərbaycanda dörd günlük tətil başlayıb25.06.2025 - 20:10
Silahlı Qüvvələrin yaranmasından 107 il ötür25.06.2025 - 20:05
Bu gündən Məhərrəm ayı başlayıb25.06.2025 - 20:00
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO25.06.2025 - 19:56
BDU-nun Məzun Günü keçirilib - FOTO25.06.2025 - 17:37
Gələn həftədən məktəbli formaları ucuzlaşacaq25.06.2025 - 17:10
Qarabağ Universitetinin Klinikası tibb bacısı vəzifəsinə vakansiya elan edir25.06.2025 - 16:20
MEK-də “Sibir–Azərbaycan” elmi-mədəni əməkdaşlığı müzakirə olunub - FOTO 25.06.2025 - 15:35