Təhsil 365 - Logo Mobile

Rezidenturaya Qəbul: Sabah 1286 Namizəd İmtahan Verəcək

6928.06.2025 - 08:10
Rezidenturaya Qəbul: Sabah 1286 Namizəd İmtahan Verəcək

Sabah 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahanda iştirak etmək üçün 1286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Bu il 72 peşə təhsil müəssisəsinin 17 566 tələbəsi məzun olub 30.06.2025 - 07:40
Bu gün Cəlal Əliyevin doğum günüdür 30.06.2025 - 07:30
Azərbaycanlı gənclər WRC Azerbaijan Çempionatında qalib gəldi -Foto 30.06.2025 - 07:20
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin diqqətinə 30.06.2025 - 07:10
Bu gün hava necə olacaq?30.06.2025 - 06:30
Peşə mərkəzinin tələbələri WRC Azerbaijan Çempionatında böyük uğura qazanıblar -FOTO 30.06.2025 - 06:20
FHN tərəfindən təşkil olunan yarışların qaliblərinin mükafatlandırma mərasimi olub-FOTO 30.06.2025 - 06:10
30 iyun tarixində "Şəhidin səsi" proqramında Vətən müharibəsi şəhidi Aslan Rzayev yad ediləcək29.06.2025 - 10:20
Milli Kitabxanada professor Pənah Xəlilovun 100 illiyinə həsr olunmuş sərgi açıldı29.06.2025 - 10:10
Rezidentura imtahanında qayda pozuntusu: Bir nəfər mobil telefonla yaxalanaraq imtahandan xaric edildi29.06.2025 - 10:00
Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib29.06.2025 - 09:50
İyunun 30-na gözlənilən hava proqnozu açıqlandı – Yağış, şimşək və leysan ehtimalı var29.06.2025 - 07:00
MDU tələbələri Dünya Robot Çempionatına vəsiqə qazandı – “MDU-SKYRIDERS” tarix yazdı29.06.2025 - 06:50
Bu gün DİM rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək29.06.2025 - 06:40
Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək 29.06.2025 - 06:30
Təhsil eksperti Nadir İsrafilov vəfat edib28.06.2025 - 11:40
İyunun 29-da Azərbaycan dili fənni üzrə test imtahanı keçiriləcək 28.06.2025 - 10:05
MDU Riyaziyyat və İnformatika Sahəsində Yeni Kadrlar Axtarır28.06.2025 - 09:45
Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.28.06.2025 - 09:35
Türkiyədə ilk:Bahçeşehir Universitetində tar bölməsi açılır 28.06.2025 - 09:25
Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"28.06.2025 - 09:15
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsində təcrübə mübadiləsi proqramının birinci mərhələsi gerçəkləşdirilib28.06.2025 - 09:05
“ABB” Bankda “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı28.06.2025 - 08:55
Qismən akademik tanınma prosesinin müddəti uzadılıb28.06.2025 - 08:45
Şəki-Zaqatala Regionunda IX Sinif Məzunlarına Attestatların Verilməsinə Start Verildi28.06.2025 - 08:30
İyunun 29-na Gözlənilən Hava Proqnozu Açıqlanıb28.06.2025 - 08:20
Azərbaycan Dövlət İqtisad Universitetinin Məzun Günü keçirilib -FOTO 28.06.2025 - 08:00
İdarə müdiri Sənan Mənsimlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib 28.06.2025 - 07:20
Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər -FOTO 28.06.2025 - 07:10
Qəbələdə azyaşlı qız əməliyyatdan sonra vəfat edib 28.06.2025 - 07:00
BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub28.06.2025 - 06:45
Bu gün hava necə olacaq?28.06.2025 - 06:35
Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi28.06.2025 - 06:25
Bu gün Barat Şəkinskayanın anadan olmasından 111 il ötür28.06.2025 - 06:15
Bu gün görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür28.06.2025 - 06:05
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi27.06.2025 - 14:10
Lənkəran Dövlət Universitetinin kollektivi yay gəzintisinə çıxıb - FOTO27.06.2025 - 11:23
Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı - FOTO27.06.2025 - 11:02
Maqnit qasırğası başlayıb27.06.2025 - 10:46
Şəki-Zaqatala bölgəsində 745 məzun fərqlənmə attestatı alıb27.06.2025 - 10:35
“Bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır” – Kamran Əsədov27.06.2025 - 08:50
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib27.06.2025 - 08:11
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib27.06.2025 - 07:40
Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb27.06.2025 - 06:35
Azərbaycanda zəlzələ olub27.06.2025 - 06:23
BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır27.06.2025 - 06:10
Bu gün hava necə olacaq?27.06.2025 - 05:59