Təhsil 365 - Logo Mobile

Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

5829.06.2025 - 06:30
Bu gün DİM Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Test imtahanında 30 tapşırıq təqdim olunacaq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ramidə Əliyeva

Xəbər Lenti

DİM “B2 First” imtahanı keçirəcək 01.07.2025 - 07:20
Bu gün hava necə olacaq?01.07.2025 - 07:10
Mədəniyyət naziri Adil Kərimli Lerik rayon Mədəniyyət Mərkəzində vətəndaşların müraciətini dinləyəcək 01.07.2025 - 07:00
Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaşların müraciətlərini dinləyib -FOTO 01.07.2025 - 06:50
AMEA-nın Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib -FOTO 01.07.2025 - 06:40
“Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzusunda seminar keçirilib -FOTO 01.07.2025 - 06:30
AMEA-nın 80 illiyi qeyd edilib -FOTO 01.07.2025 - 06:20
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib -FOTO 01.07.2025 - 06:10
Metodist olmaq istəyən müəllimlər üçün sənəd qəbulu başladı – son müraciət tarixi 30 iyun 202530.06.2025 - 14:50
Metodist olmaq istəyən müəllimlər üçün qeydiyyat başladı — son tarix 30 iyun 202530.06.2025 - 14:40
MİQ imtahanının qiymətləndirilməsi və keçid balı açıqlanıb30.06.2025 - 14:30
AzTU-da “TəhsilPlus” kartı təqdim olunub: müəllimlərin sosial rifahına dəstək müzakirə edilib30.06.2025 - 14:10
Cavid Rəhimli Kembric Universitetindən “Pro Bono Platinum” mükafatı aldı30.06.2025 - 14:00
Türkiyəli memar və rəssam İbrahim Akıncı Ədəbiyyat Muzeyini ziyarət etdi30.06.2025 - 13:50
63 peşə təhsili müəssisəsində “Məzun günü” keçirildi: 17 mindən çox tələbə təhsili başa vurdu30.06.2025 - 13:40
“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabı çap olundu: MEK-in 100 illiyinə həsr olunan elmi nəşr təqdim edildi30.06.2025 - 13:20
ATU 2024–2025-ci tədris ilini “Təbib”də yekunlaşdırdı: təhsil və istirahətə dair yeni hədəflər müəyyənləşdi30.06.2025 - 13:10
DİA-da dövlət qurumlarının təlim mərkəzləri üçün növbəti təlim keçirilib30.06.2025 - 13:00
Elm və Təhsil Nazirliyi İTİ-də: texnologiya yönümlü əməkdaşlıq imkanları müzakirə olunub30.06.2025 - 12:40
Rəsm fənni üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı apellyasiya 2 iyulda keçiriləcək30.06.2025 - 12:30
2025-ci il iyunun 29-da keçirilən Azərbaycan dili imtahanının test cavabları açıqlanıb30.06.2025 - 12:20
Aynur Qəzənfərqızı Türk Birlikləri Təşkilatı Federasiyasının idarə heyətinə üzv seçilib30.06.2025 - 12:10
20 yaşlı gənc 8-ci mərtəbədən yıxılaraq həyatını itirib30.06.2025 - 12:00
Bu il ATMU-nun bakalavriat və magistratura pillələrini 605 nəfər bitirib - FOTO 30.06.2025 - 11:50
İnformasiya Texnologiyaları İnstitutu və GEANT arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub - FOTO 30.06.2025 - 11:40
BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO 30.06.2025 - 11:30
AzMİU tələbələrinin uğuru: Dünya Robot Çempionatının Azərbaycan finalı30.06.2025 - 11:20
İkinci iş yeri üzrə müəllimlərin qeydiyyatı başladı30.06.2025 - 11:10
Xaricdə natamam ali təhsil alanların diqqətinə – Qismən tanınma prosesinin vaxtı uzadılıb30.06.2025 - 11:00
Aynur Qəzənfərqızı dosent elmi adı ilə təltif edilib30.06.2025 - 10:50
Adil Kərimli Lerikdə vətəndaş qəbulu keçirəcək30.06.2025 - 10:40
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzaladı30.06.2025 - 10:30
Sabahdan məktəbli formaları daha ucuz qiymətlərlə satışda olacaq30.06.2025 - 10:20
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə ediblər30.06.2025 - 10:10
AzMİU müəlliminin araşdırması tikinti sektorunda innovasiyaların inkişafına təkan verə bilər30.06.2025 - 10:00
30 İyun – Sevgiyə və Sədaqətə Həsr Olunan Gün30.06.2025 - 09:50
İyulun əvvəlində hava dəyişkən və əsasən yağmursuz olacaq30.06.2025 - 09:40
Dietoloqdan dondurma açıqlaması30.06.2025 - 09:30
Sosial Xidmət Mərkəzləri: Həssas Qruplara Dəstək Genişlənir30.06.2025 - 09:20
Sosial Qayğıdan Uğura: 13 Məzun Yeni Həyata Addım Atdı30.06.2025 - 09:10
İlin sonuna qədər 5 sosial xidmət mərkəzinin açılması nəzərdə tutulur 30.06.2025 - 09:00
Məktəblərdə 1 752 risk qrupuna daxil olan uşaq aşkarlanıb30.06.2025 - 08:50
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir30.06.2025 - 08:40
Bir qrup xeyriyyəçi iş xanımı BANM-in 9 tələbəsinin təhsil haqqını ödəyib -FOTO 30.06.2025 - 08:30
Bakı Ali Neft Məktəbində data analitikası adlı yeni ixtisası açılır30.06.2025 - 08:20
BDU-nun komandası “Nə? Harada? Nə zaman? intellektual oyunun qalibi olub -FOTO 30.06.2025 - 08:10
Süni intellekt həyatımızı necə dəyişir?30.06.2025 - 08:00
DİM Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirib30.06.2025 - 07:50