Təhsil 365 - Logo Mobile

Azərbaycanlı gənclər WRC Azerbaijan Çempionatında qalib gəldi -Foto

2230.06.2025 - 07:20
Azərbaycanlı gənclər WRC Azerbaijan Çempionatında qalib gəldi -Foto

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən komandalar WRC Azerbaijan Çempionatında, “Robotların Qaydasız Döyüşü – Bots Combat” kateqoriyasında böyük uğura imza atıblar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, Caspian Warriors komandası 15 kq çəki kateqoriyasında I yerə, Hunter Sənaye komandası isə 30 kq çəki kateqoriyasında III yerə layiq görülüb.

Qalib komandalar ölkəmizi Hindistanda keçiriləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.

Komandalarımızı, müəllimlərimizi, mentorlarımızı və bu uğura töhfə verən hər kəsi təbrik edirik.

Qeyd edək ki, Dünya Robot Çempionatı – Technoxian Azərbaycan 2024-cü ildən etibarən, iyun ayında AREA – Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır.

Ramidə Əliyeva

Xəbər Lenti

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35