SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi iş xanımı tərəfindən qarşılanıb. Ümumilikdə 27 min manat dəyərində maliyyə dəstəyi göstərilib.
Bu barədə “Tehsil365”ə BANM-dən məlumat verilib
Görüşdə rektor Elmar Qasımov tələbələrə göstərilən diqqət və dəstəyə görə xeyriyyəçi xanımlara dərin təşəkkürünü bildirib. Qeyd olunub ki, artıq iki ildir bu təşəbbüs ardıcıl həyata keçirilir.