Təhsil 365 - Logo Mobile

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO

7830.06.2025 - 11:30
BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Macarıstanın paytaxtı Budapeşt şəhərində Obuda Universitetinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib.


BDU-dan “Tehsil365”ə bildirilib ki, Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın universitetlərinin nümayəndələrinin iştirak etdiyi konfransda elmi tədqiqatların dəstəklənməsi üçün türk dövlətlərinin birgə fondunun, tədqiqat, təqaüd imkanlarının yaradılması, qabaqcıl tədqiqatçılar üçün düşərgələrin təşkili, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin təşviq edilməsi, o cümlədən akademik sahədə yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.


Tədbirin açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, Obuda Universitetinin rektoru Levente Kovacs, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev (onlayn), Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfirləri çıxış ediblər.


Konfrans çərçivəsində Obuda Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazax Milli Su Menecmenti və İrriqasiya Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Şeçeni İstvan Universiteti, Daşkənd Kimya Texnologiyaları İnstitutunun nümayəndələri ilə görüş keçirilib, elm-təhsil əlaqələrinin inkişaf etdirilməsi, təhsilin magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının hazırlanması üzrə müzakirələr aparılıb və ilkin razılıq əldə edilib.


Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə ilə də görüşüb. Səfir nümayəndə heyətinə Azərbaycan ilə Macarıstan arasında elm, təhsil və mədəni əlaqələr haqqında ətraflı məlumat verib. Görüşdə iki ölkə universitetləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə proqram və elmi layihələrin hazırlanması, tələbə-müəllim mübadiləsinin aparılması üzrə fikir mübadiləsi aparılıb.


Gülgəz Qasımzadə

Xəbər Lenti

AMEA-da özbəkistanlı alimlərlə görüş keçirilib - FOTO03.07.2025 - 07:43
Şərqşünas-alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib03.07.2025 - 07:32
BDU-nun 5 tələbəsi ECO-nun Gənclər Forumunda iştirak edir - FOTO03.07.2025 - 07:21
İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək03.07.2025 - 07:11
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub03.07.2025 - 07:00
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO03.07.2025 - 06:50
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib03.07.2025 - 06:40
Ağdamda Qırğızıstanın inşa etdiyi “Aykol Manas” məktəbi açılır: Açılışda Prezident Sadır Japarov iştirak edəcək03.07.2025 - 06:30
Bakıda maşın 7-ci sinif şagirdini vuraraq öldürüb03.07.2025 - 06:20
Bu gün bu müəllimlər imtahan verəcək03.07.2025 - 06:10
Xaricdə müəllimlik ixtisası üzrə təhsil alanların imtahan nəticələri açıqlandı: bəzi sahələrdə uğursuzluq 100 faizə çatıb03.07.2025 - 05:59
Mirzə Babayevin xatirəsinə həsr olunmuş "Limanlar" konserti keçirilib - FOTOLAR02.07.2025 - 17:57
Şərqşünaslıq İnstitutunda professor Vilayət Cəfərovun 85 illiyi qeyd edilib - FOTO02.07.2025 - 16:57
Səs yazısı yayılan direktor müavininə XƏBƏRDARLIQ02.07.2025 - 16:35
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər02.07.2025 - 16:11
İyun ayında 13 326 müraciət daxil olub02.07.2025 - 15:54
Mərkəzi Elmi Kitabxana 2025-ci ilin altı ayı üzrə hesabat verib - FOTO02.07.2025 - 15:32
“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti nömrəsi nəşr edilib02.07.2025 - 15:21
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub - FOTO02.07.2025 - 15:11
Mirzə Babayevin xatirəsinə həsr olunan “Limanlar” konserti başlayır02.07.2025 - 14:55
Rektor: Bu təqdimat elm, milli həmrəylik və ortaq gələcək istiqamətində atılan önəmli addımdır02.07.2025 - 14:40
“Azərbaycan milli mətbuatı - 150” mövzusunda dəyirmi masa keçirilib - FOTO02.07.2025 - 14:21
Ersin Tatar: Türk dövlətləri sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidir02.07.2025 - 13:55
OBA XATİRƏLƏRİ Anamın və Xalamın xatirələrindən…02.07.2025 - 13:32
Ersin Tatar: Fəxri doktor adına layiq görüldüyüm üçün qürur duyuram02.07.2025 - 12:49
"SABAH-ın məzunu 2025” tədbiri keçirilib - FOTO02.07.2025 - 12:38
İki həftə ərzində Elm və Təhsil Nazirliyinə 31 mindən çox müraciət daxil olub02.07.2025 - 12:25
“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib - FOTO02.07.2025 - 12:12
Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları keçirilir - FOTO02.07.2025 - 11:51
2024–2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur02.07.2025 - 11:33
BDU-da harmonik analizin aktual problemləri tədqiq edilir - FOTO02.07.2025 - 11:20
Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb02.07.2025 - 10:46
Sabahın hava necə olacaq?02.07.2025 - 10:32
GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO02.07.2025 - 10:17
Elm və Təhsil Nazirliyi vətəndaşlara çağırış edib 02.07.2025 - 10:05
“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb - FOTO02.07.2025 - 09:50
“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib - FOTO02.07.2025 - 09:40
Nazirlik adından saxta məlumatlar yayılır02.07.2025 - 09:30
BANM-in 9 tələbəsi TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək02.07.2025 - 09:20
Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə yeni ixtisas açılıb02.07.2025 - 09:10
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb - FOTO02.07.2025 - 08:59
Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq02.07.2025 - 08:47
TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb02.07.2025 - 08:35
Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu02.07.2025 - 08:22
Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!02.07.2025 - 08:10
Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb02.07.2025 - 07:57
NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaqlar - FOTO02.07.2025 - 07:45
Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır02.07.2025 - 07:21