Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsini həyata keçirmək istəyirik.
“Tehsil365” Trend-ə istinadən xəbər verir ki, bunu bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilk dəfə “İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi” çərçivəsində Ağdamda keçirilən Gənclər Forumunda çıxışı zamanı deyib.
O bildirib ki,Qarabağ Universitetinin rektorunun təklifləri əsasında üzv ölkələr arasında tələbə mübadiləsi baş tuta bilər.
"Regionun müxtəlif ölkələrindən tələbələrin oxumaq üçün Xankəndiyə gəlməsi vacibdir".
Daha sonra İƏT-in baş katibi Qarabağ Universitetinin rektoru ilə görüşüb və fikir mübadiləsi aparıb.