334 müəllim təkrar sertifikatlaşdırma imtahanına gəlməyib.
"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Qeyd olunub ki, həmin müəllimlər imtahanda iştirak etmədikləri üçün sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.