Dövlət İmtahan Mərkəzi iyulun 8-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan təşkil edəcək. İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər.
“Tehsil365 “xəbər verir ki, Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidir. Bu sənədlərdən hər hansı biri təqdim olunmazsa və ya sənədlər arasında uyğunsuzluq aşkar edilərsə, namizəd imtahana buraxılmayacaq.