Təhsil 365 - Logo Mobile

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

8301.07.2025 - 15:45
50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vuran tələbələrin “Məzun günü” keçirilib. Universitetin fəaliyyətə başlamasının 50-ci ilində keçirilən mərasim “Bakı Kristal Zal” İdman Konsert Kompleksində baş tutub. 

“Tehsil365” xəbər verir ki, tədbirə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıblar.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək məzunları təbrik edib, onların təhsil prosesindəki səylərinə görə valideyn və müəllimlərini xüsusi təşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışıb, universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onların 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Məzunların sırasında 51 nəfər əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının artma göstəricisidir.

Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura səviyyəsini 631 nəfər tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecin isə bu il 499 nəfər məzunu olub. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onların 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurla reallaşdığını təsdiqləyir.

"Məzun günü" mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il Azərbaycan ali təhsil müəssisələrinin 63 mindən artıq məzunu var. Məzunlara müraciət edən nazir müavini deyib ki, qlobal çağırışlar gəncləri daim öyrənməyi tələb edir və harda olmalarından asılı olmayaraq daim öyrənməlidirlər.

Nazir müavini ali təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq inkişafda gənclərin öz töhfələrini verəcəklərinə inandığını deyib.

Mərasimdə iştirak edən rəsmi şəxslər və fəxri qonaqlar – elm, sənaye və dövlət sektorunu təmsil edən tanınmış simalar da çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar məzunların əldə etdiyi bilik və bacarıqların Azərbaycanın inkişafı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı quruculuq işləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislər ölkənin dayanıqlı inkişaf strategiyasında mühüm rol oynayacaq.

Rəsmi hissənin sonunda universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Eyni zamanda, təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakları ilə fərqlənən məzunlar da xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Mərasim bədii-musiqili proqramla davam edib.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56
Qarabağ Universiteti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edib19.08.2025 - 15:54
Təhsil menecmenti və pedaqogika üzrə xaricdə təhsil proqramları19.08.2025 - 15:45
Süni intellekt biznes təhsilində inqilab tələb edir: Gələcəyin liderləri AI ilə düşünməlidir19.08.2025 - 15:39
İT və süni intellekt üzrə xaricdə təhsil imkanları19.08.2025 - 15:30
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul imtahanı keçirilib19.08.2025 - 15:25
Kendriya Vidyalaya məktəblərində yeni qəbul sayında kəskin azalma19.08.2025 - 15:24
Dünyada ən çox tələb olunan ixtisaslar və onların gələcək perspektivləri19.08.2025 - 15:20
Kolumbiya Universitetinin üstünlükləri19.08.2025 - 15:10
Pakistanlı tələbələr beynəlxalq təhsildə yeni dalğanı formalaşdırır19.08.2025 - 15:09