Təhsil 365 - Logo Mobile

"Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır" – ekspert

10902.07.2025 - 06:20
"Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır" – ekspert

“Müasir dövrdə Azərbaycanın təhsil sistemində rus bölmələrinin nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan aktuallığı qalmayıb. Artıq bugünkü dünyada nə rus dili, nə də sovet dövrünün ideoloji mirası gələcək üçün üstünlük təşkil etmir. Texnologiya, süni intellekt və rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycanın əsas hədəfi bu qlobal trendlərə uyğunlaşmaq olmalıdır. Bu isə yalnız yeni yanaşmalar və doğru seçimlər tələb edir”.

Bu fikirləri "Tehsil365"ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, "Rus bölmələrinin qorunub saxlanması sadəcə keçmişə bağlılığın və inersiyanın nəticəsidir. Halbuki Çin dili bölmələrinin yaradılması Azərbaycanın gələcəyə yönələn baxışının, iqtisadi əməkdaşlıq, texnoloji tərəfdaşlıq və innovasiya sahəsində inkişaf istəyinin təzahürüdür."

Ekspert qeyd edib ki, "Təkcə 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Hazırda Çin dünya texnologiya bazarının 28 faizinə sahibdir və bu pay hər il artmaqda davam edir. Azərbaycan bu bazardan pay almaq, müasir ticarət, enerji, mühəndislik və robot texnikası sahələrində irəliləmək istəyirsə, təhsil sistemində strateji dönüş etməli, rus yönümlü deyil, Çin yönümlü modelə keçid etməlidir."

"Bu, sadəcə bir dil məsələsi deyil – bu, gələcək üçün atılacaq strateji addımdır", – deyə Kamran Əsədov vurğulayıb.

Onun sözlərinə görə, "Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri isə gələcəyin açarıdır."

"Texnologiya əsrində rus dilinə deyil, Çin dilinə investisiya etməliyik. Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar isə gələcəyi itirirlər", – deyə ekspert əlavə edib.

Sonda Kamran Əsədov bildirib: "Azərbaycan təhsil sistemi zamanın tələblərinə uyğun yenidən qurulmalı, Çin dili bölmələri açılmalı, rus bölmələri isə tarixi mərhələsini başa vurmalıdır. Gələcək, keçmişin deyil, dəyişimin tərəfindədir."


Aydan Ələkbərova

Xəbər Lenti

2025–2026-cı tədris ili üzrə məktəb və məktəbəhazırlıq qruplarına qəbul mərhələsi başlayıb06.07.2025 - 13:10
MDU-nun Şəkidə keçirilən Elmi Şura iclasında vacib qərarlar: Tələbələrə əlavə təqaüdlər, diferensial əməkhaqqı sistemi və yeni təhsil təşəbbüsləri06.07.2025 - 13:00
Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə sərəncam imzalanıb06.07.2025 - 11:30
İmtahan nəticələri iki həftədən sonra elan olunacaq06.07.2025 - 11:20
Qansuda 19 uşaq qurğuşun zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib06.07.2025 - 11:10
DİM II və III qruplar üzrə imtahan keçirib, nəticələr iki həftəyə açıqlanacaq06.07.2025 - 11:00
Qəbul imtahanında qayda pozan 10 nəfər imtahandan kənarlaşdırıldı06.07.2025 - 10:50
DİM-in imtahanları 25 şəhər və rayonda keçirilib06.07.2025 - 10:40
İyulun 7-də Bakıda yağmursuz, rayonlarda yağış gözlənilir06.07.2025 - 10:30
DİM doktorantura və fəlsəfə doktoru danışıq imtahanlarını təşkil edib06.07.2025 - 10:20
Bakı Ali Neft Məktəbində təhsil haqqı yeniləndi06.07.2025 - 10:10
Vəkillər Kollegiyasına növbəti qəbul: 421 namizəd imtahanda iştirak edir06.07.2025 - 10:00
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub 06.07.2025 - 08:00
Qardaşxan Haqqararın şeirləri türk mətbuatında işıq üzü görüb -FOTO 06.07.2025 - 07:50
BSU-da “Şəxsiyyət və suverenlik” mövzusunda III Psixoloji Zirvə konfransı keçirilib -FOTO 06.07.2025 - 07:40
Azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə vəfat edib06.07.2025 - 07:30
Tanınmış azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu vəfat edib 06.07.2025 - 07:20
Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb06.07.2025 - 07:10
Velosiped idmanının regionlarda inkişafını hədəfləyən layihəyə start verilir -FOTO 06.07.2025 - 07:00
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO 06.07.2025 - 06:50
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun iclası keçirilib -FOTO 06.07.2025 - 06:40
DİM Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirəcək 06.07.2025 - 06:30
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək06.07.2025 - 06:20
Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb06.07.2025 - 06:10
Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50