Təhsil 365 - Logo Mobile

Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

5502.07.2025 - 06:40
Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

İƏT kimi vacib bir regional format çərçivəsində Qadınlar Forumunun keçirilməsi, qadınların davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığın başlanğıcı ola bilər.

“Tehsil365” “Trend”ə istinadən xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu zamanı çıxış edərkən deyib.

O bildirib ki, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir.

"Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və bu sahədəki müsbət təcrübəsini paylaşmağa hazırdır.

Ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət almışdır.

Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə etmişdir. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir.

Laçın da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Azərbaycan qadını tarixən güclü ictimai mövqeyə malik olmuşdur. Hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olaraq, bu gün biz bu irsin davamçıları kimi, bu sahədə regional əməkdaşlığı daha da möhkəmləndirməyi hədəfləyirik".

"19-cu əsrdə yaşamış məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir.

“Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. Məhz onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında və ictimai işlərdə qadınlar irəli çəkilmişdir. Bunun nəticəsidir ki, 1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır", – deyə Bahar Muradova əlavə edib.

Bahar Muradova bildirib ki, qadın məsələlərinin həlli sahəsində Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğı ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür.

Onun sözlərinə görə, İƏT Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər:

"Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə, təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yarada, gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik. Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarıdır.

Bu platforma, eyni zamanda, 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər".

Aydan Ələkbərova

Xəbər Lenti

Yeganə Rəhnulla VII Musiqi Festivalında məruzə edib04.07.2025 - 08:00
Rəşad İlyasovun qızı məzun olub - FOTO 04.07.2025 - 07:50
Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçirilir04.07.2025 - 07:40
Bakı Slavyan Universiteti "Sayt administratoru" vəzifəsi üzrə vakansiya elan edir04.07.2025 - 07:20
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun doğum günüdür04.07.2025 - 07:10
Ağdamda vətəndaş qəbulu keçirilib - FOTO 04.07.2025 - 07:00
Bakı Slavyan Universitetində Özbək filoloqları və tərcüməçilərlə görüş keçirilib - FOTO 04.07.2025 - 06:50
UFAZ məzunu “Equinor” təqaüdünə layiq görüldü04.07.2025 - 06:40
Azərbaycanlı tələbələr Çində təhsil imkanı qazanıb04.07.2025 - 06:30
ADU-da 1700-dən çox tələbənin “Məzun günü” keçirilib - FOTO 04.07.2025 - 06:20
Abituriyentlər üçün ali təhsil sərgisi keçiriləcək04.07.2025 - 06:10
MİQ-in ikinci günündə üç fənn üzrə imtahan keçiriləcək04.07.2025 - 05:59
“Kimya testləri həddindən artıq çətin olub” – Təhsil eksperti sertifikasiya nəticələrini şərh etdi03.07.2025 - 16:05
Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabı təqdim edilib - FOTO 03.07.2025 - 15:50
Teatr Xadimləri İttifaqı İdarə Heyətinin səyyar iclası Şəkidə baş tutub03.07.2025 - 15:40
“Milli Qəhrəmanlarımız” layihəsinin icrası davam edir03.07.2025 - 15:30
MİQ imtahanlarının ilk günü yekunlaşdı – Davamiyyət 81 faiz təşkil edib03.07.2025 - 15:15
Tələbə krediti üçün 2025-ci il sonunadək ayrılan vəsaitin məbləği açıqlanıb03.07.2025 - 15:05
393 abituriyentin yazı işi yenidən yoxlanılıb: 6 nəfərin balı azaldılıb03.07.2025 - 14:52
Qəbul imtahanı ilə bağlı apellyasiya qərarları açıqlanıb03.07.2025 - 14:42
“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinə müraciətlər davam edir03.07.2025 - 14:32
Hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib03.07.2025 - 14:22
25 ixtisas üzrə peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 25 faiz olub03.07.2025 - 14:12
Humanitar Kollec tələbələrinin ADPU-da keçdikləri təcrübə müddəti yekunlaşıb - FOTO 03.07.2025 - 14:02
II seansda MİQ-də 83% davamiyyət qeydə alınıb03.07.2025 - 13:52
Odlar Yurdu Universitetinin prorektoru, professor Tərlan Abdullayev vəfat edib - FOTO03.07.2025 - 13:39
Bu imtahanın nəticəsi açıqlanıb 03.07.2025 - 13:27
16 yaşlı yeniyetmə kanalda batdı03.07.2025 - 13:15
BDU-da elmi seminar: Karbon kredit bazarı və mümkün imkanlar - FOTO03.07.2025 - 12:55
BMU ilə “ATS Food” şirkəti arasında memorandum imzalanıb - FOTO03.07.2025 - 12:43
Kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir03.07.2025 - 12:30
DİM iyulun 13-də imtahan verəcək abituriyentlərə müraciət edib03.07.2025 - 12:18
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edilib03.07.2025 - 12:05
Çar Rusiyasının vəhşilikləri... - ŞOK OLACAQSINIZ!03.07.2025 - 11:35
Bəzi imtahan mərkəzində internet problemi YARANIB03.07.2025 - 11:23
Bugünki imtahanda 3771 namizəd iştirak edib03.07.2025 - 11:11
Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib03.07.2025 - 10:47
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə öldü03.07.2025 - 10:03
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən MEK-ə nəşrlər hədiyyə olunub - FOTO03.07.2025 - 09:48
Attestata səhv qiymət yazan direktor cəzalandırıldı03.07.2025 - 09:37
“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb03.07.2025 - 09:25
Sabahın hava proqnozu açıqlanıb03.07.2025 - 09:12
Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur03.07.2025 - 09:00
Naxçıvanda 500-dən çox vakant yer üçün 1700-dən çox namizəd imtahan verəcək03.07.2025 - 08:50
BANM tələbəsi dünyanın TOP universitetlərinə qəbul olub03.07.2025 - 08:40
Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb - FOTO03.07.2025 - 08:30
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib - FOTO03.07.2025 - 08:20
“Qızıl səhifələr” kitabının yeni nəşri çapdan çıxıb03.07.2025 - 08:10