Bu il Azərbaycanda 63 mindən çox gənc məzun olur.
“Tehsil365” "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Məzun günü”ndə deyib.
O bildirib ki, ölkədə təhsil sistemi müasirləşir, beynəlxalq standartlara uyğunlaşdırılır:
"Ali təhsilin əlçatanlığı getdikcə artır".
Nazir müavini təhsilin dövlətin əsas prioritetlərindən biri olduğuna diqqətə çatdırıb.
İ.İsayev valideynlərin də tədris prosesində aktiv iştirak etdiyini söyləyib. O, buna görə valideynlərə təşəkkür edib və gələcək həyatlarında məzunlara uğurlar arzulayıb.